Yuxarı

Trampın islam dövlətləri liderlərinə - Müraciəti

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp bazar günü Ər-Riyadda müsəlman dünyasına müraciətdə insan haqları və demokratik proseslərdən bəhs etməyəcək.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Assoşeyted Press” agentliyi yayıb. Agentlik Trampın çıxışını əldə etdiyini bildirib. Tramp çıxışında müsəlman dünyasını birləşməyə çağıracaq:

“Biz burada mühazirə oxuyub, digər insanlara necə yaşamağı, nə etməyi və necə olmağı söyləmək üçün yığışmamışıq. Bunun yerinə biz daha yaxşı gələcək üçün tərəfdaşlıq münasibətləri təklif edirik”.

Tramp çıxışı zamanı radikal cərəyanlara qarşı mübarizədən də danışacaq:

“Bu, fərqli dinlər, fərqli təriqətlər və fərqli sivilizasiyalar arasında savaş deyil. Bu, insan həyatını məhv etməyə çalışanlarla insan həyatını qorumağa çalışanların savaşıdır. Bu, xeyir və şər arasında olan savaşdır. Artıq terrorçuları məscidlərdən rədd etmək vaxtı çatıb”.

Agentlik Trampın çıxışı zamanı özünün antiislam ritorikasından da yayınacağını bildirib. Belə ki, prezident öz çıxışında “radikal islam terrorizmi” ifadəsini işlətməyəcək.

Tramp çıxışı zamanı Suriya Prezidenti Bəşər Əsədi və İran hakimiyyətini sərt tənqid edəcək. O, İranı Suriyada müharibənin alovlanmasının əsas günahkarlarından biri adlandıracaq. Üstəlik, prezident Yaxın Şərq ölkələrini İranın qeyri-stabillik yaradan təsirini zəiflətmək üçün birgə işləməyə çağıracaq:

“Yaxın Şərq ölkələri regionda daha stabil balans yaratmalı və İran xalqının layiq olduğu ədalətli və məsuliyyətli hakimiyyətinin ortaya çıxması üçün dua etməlidirlər. İranlılar öz liderlərinin qonşuları üzərində dominantlıq yaratmaq cəhdlərindən uzun müddətdir əziyyət çəkirlər”.

Qeyd edək ki, ABŞ Prezidenti Tramp Səudiyyə Ərəbistanında səfərdədir.

Tarix
2017.05.20 / 10:50
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla