Yuxarı

Ərəb ölkələrinin Qətərdən 13 maddəlik – Şok tələbi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ərəb ölkələrinin Qətərə göndərdiyi tələblərin siyahısı açıqlanıb.

Axar.az Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn, Misir və Küveytin Qətərdən tələbləri ilə bağlı hazırladıqları siyahını təqdim edir:

1. İranla diplomatik əlaqələrini kəs və İrandakı ofislərini bağla. İran İnqilab Keşikçiləri Korpusu üzvlərini Qətərdən çıxart. İranla hərbi əməkdaşlığı dayandır. İranla ticarətdə ABŞ sanksiyalarına tabe ol.

2. Müsəlman Qardaşları, İŞİD, Əl Qaidə və Livan Hizbullahı kimi terrorçu təşkilatlarla əlaqəni kəs. Rəsmi olaraq bu strukturları terrorçu elan et.

3. “Əl-Cəzirə”ni bağla.

4. “Ərəbi21”, “Rassd”, “Əl-Ərəbiyə”, “Əl-Cədid” və “Middl İst Ay”da daxil olmaqla, Qətər fondu olan media kanallarını bağla.

5. Türkiyənin Qətərdəki hərbi bazasını bağla. Qətər torpağında Türkiyə ilə hərbi əməkdaşlığı bitir.

6. Səudiyyə Ərəbistanı, BƏƏ, Misir, Bəhreyn, ABŞ, Kanada və digər ölkələr tərəfindən terrorçu olaraq görülən şəxslər, qruplar və təşkilatlara dəstəyini dayandır.

7. Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Bəhreyn tərəfindən axtarılan terrorçuları təslim et. Onların addımları və maliyyə vəziyyətləri ilə əlaqədar istənilən məlumatları paylaş.

8. Başqa ölkələrin daxili işlərinə qarışma. Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Bəhreyn vətəndaşlarına Qətər vətəndaşlığı vermə. Qətər vətəndaşlığı olanların öz ölkələrinin qanunlarını pozmaları qarşılığında pasportlarını ləğv et.

9. Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Bəhreyndəki müxalif qruplarla bütün əlaqələrini kəs. Qətərin bu qruplarla əvvəlki əlaqələri və bu qruplara təqdim etdiyi dəstəyin bütün sənədlərini təslim et.

10. Qətərin siyasətinə görə son illərdə yaşanan can və mal itkiləri üçün təzminat ödə.

11. Hərbi, siyasi, ictimai və iqtisadi cəhətdən digər Körfəz və ərəb ölkələriylə 2014-cü ildə Səudiyyə Ərəbistanında müəyyən edilən səviyyədə əlaqə yarat.

12. Bütün tələblər Qətərə çatdıqdan sonra 10 gün ərzində qəbul edilməzsə, tələb siyahısı etibarsız sayılacaq. Bu sənəd Qətərin tələbləri qəbul etməməsi vəziyyətində tələb qoyan ölkələrin nə edəcəyini bildirməyəcək.

13. Tələblərin qəbulundan sonra ilk il üçün aylıq yoxlamalara razı ol.

Tarix
2017.06.23 / 11:59
Müəllif
Nübar Lətifli
Şərhlər
Digər xəbərlər

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla