Yuxarı

Saakaşvili Gürcüstana ekstradisiya olunur?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) daxili işlər naziri Georgi Mqebrişvilinin ukraynalı həmkarı Arsen Avakov və digər rəsmi şəxslərlə sabiq prezident Mixail Saakaşvilinin Ukraynadan deportasiya edilməsini müzakirə etdiyi barədə yayılan xəbəri təkzib edib.

APA-nın verdiyi məlumata görə, Gürcüstan DİN iki ölkənin daxili işlər nazirlərinin qorunmayan telefon xətti ilə dövlət əhəmiyyətli məsələni müzakirə etməsi xəbərinin də qeyri-ciddi bir məsələ olduğunu vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl internetdə rusiyalı prankerlər Vladimir Kuznetsev və Aleksey Stolyarovun Ukrayna daxili işlər naziri A. Avakovun adından Gürcüstan daxili işlər nazirinə zəng etməsi və M. Saakaşvilinin Ukraynaya dönəcəyi halda Gürcüstana ekstradisiyası məsələsinin müzakirə edildiyi barədə informasiya yayılıb. Prankerlər G. Mqebrişvili ilə danışığın əks olunduğu iddia edilən audioyazını da yayıblar.

Xatırladaq ki, Gürcüstan Baş Prokurorluğu M. Saakaşvili barədə qiyabi həbs hökmü verib və haqqında axtarış elan edib. Bu il iyulun 26-da isə M. Saakaşvili Ukrayna prezidenti Petra Poroşenko tərəfindən Ukrayna vətəndaşlığından məhrum edilib.

Tarix
2017.08.13 / 15:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla