Yuxarı

Qırğızıstan Astanadan Sərkisyana şikayət etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırğızıstanın İqtisadiyyat naziri Avrasiya İqtisadi Komissiyasının sədri Tiqran Sərkisyana məktub yazaraq, Qazaxıstanın Avrasiya İqtisadi Birliyi ilə razılaşmanın müddəalarını pozduğunu bildirib.

Axar.az xəbər verir ki, bu barədə Qırğızıstanın İqtisadiyyat Nazirliyinin rəsmi saytı informasiya yayıb.

“Qırğızıstan İqtisadiyyat Nazirliyi bildirir ki, Qazaxıstan tərəfi Avrasiya İqtisadi Birliyinin normalarına əməl etmir. Bununla əlaqədar olaraq nazirlik Avrasiya İqtisadi Komissiyasının sədri Tiqran Sərkisyana Qazaxıstana razılaşmanın müddəalarına riayət etməsi barədə xəbərdarlıq edilməsi və məsələnin kollegiyanın növbəti iclasında müzakirə olunması üçün məktub göndərib”, - nazirlik bəyanatında deyilir.

İqtisadiyyat Nazirliyindən bildirilib ki, Qırğızıstanın qonşu dövlətin sərhədlərindən keçərkən yaşadığı çətinliklər və buraxılış məntəqələrindəki əlavə yoxlamalar Avrasiya İqtisadi Birliyinin müqavilələrinin əsas prinsiplərinə və məqsədlərinə ziddir.

Qeyd edək ki, Qırğızıstanla Qazaxıstan arasında gərginlik Atambayevin Astananı ölkəsinin daxili işlərinə qarışmaqda və prezident seçkisində müxalifət namizədini dəstəkləməkdə ittiham etməsindən sonra başlayıb.

Tarix
2017.10.17 / 11:03
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla