Yuxarı

Kiyevdə yeni Maydan baş verə bilər – Analitik

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kiyevdə Ali Radanın qarşısında baş tutan etiraz aksiyası xroniki hala çevrilib yeni Maydan ilə nəticələnə bilər.

Axar.az TASS agentliyinə istinadən xəbər verir ki, bu sözləri Ukrayna Təhlil və Menecment İnstitutunun direktoru, analitik Ruslan Bortnik deyib. Onun sözlərinə görə, parlament qarşısında baş tutan bu etiraz aksiyası, fövqəladə bir şey baş verməyəcəyi halda yeni ilə qədər davam edə bilər:

"Əgər hökümət irəli sürülən tələblərlə razılaşmasa, bu aksiya yeni Maydana çevrilə bilər. Etiraz aksiyaların taleyi etirazçılarla Ukrayna hakimiyyəti arasında gerçəkləşəcək danışıqlardan asılıdır. Burada iki faktor önəmlidir. Birincisi, xüsusilə kommunal tariflərin iki dəfə azaldıması, inflyasiyanın enməsi, Poroşenkonun ofşorlarının araşdırılması və korrupsiyaya qarşı mübarizənin aparılması istiqamətində müxalifət liderlərin sosial yönümlü tələbləri genişləndirib, inkişaf etdirməyə nə dərəcədə nail olacaqlarıdır. İkinci faktor isə ondan ibarətdir ki, bu, iqtidar ilə aksiyaçılar arasındakı etirazın eskalasiyası ilə nəticələnə bilər”.

Qeyd edək ki, etiraz aksiyası cümə axşamı Ukraynanın paytaxtı Kiyev şəhərində Ali Rada binasısının qarşısında başlayıb. Aksiyaya əsas liderliyi Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili edir.

Tarix
2017.10.21 / 22:16
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

Baş Prokurorluq Petrosyana cinayət işi aça bilər?

Bakı dəvət edildi, İrəvan yox - Açıqlama

Ceyhun Bayramov Qambiyaya getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla