Yuxarı

Bərzaninin qardaşı oğlu: Qan tökülməsinə icazə verməyin...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kürdlərlə şiələr arasındakı tarixi münasibətlərin pozulmasına icazə verməyin.

Axar.az Eastnews.org-a istinadən xəbər verir ki, bu sözləri Bərzaninin qardaşı oğlu və peşmərgə qüvvələrinin komandiri Şirvan Bərzani İraq şiələrinin mənəvi lideri ayətullah Əli Sistaniyə yazdığl məktubunda deyib. Onun Sistaniyə məktub yazması ilə bağlı “Al-Sumaria” televiziyasında məlumat verilib.

Şirvan Bərzaninin məktubunun tam mətnini təqdim edirik:

“Biz sizin şəffaf tutumunuza və müdrik fətvalarınıza şahidik. Köhnə rejim dövründə kürdlərlə şiələrin gördüyü zülmləri bildiyinizdən əminik. Səddam Hüseynin diktator rejiminə qarşı ortaq cəbhədə iştirak etdik, birlikdə qırğınlara məruz qaldıq. İndi bu uzun və ortaq tariximizin xarici tərəflərin təhrikiylə pozulmasını istəmirik. Bu bizim səbəbimiz və məsuliyyətimiz deyil. Ötən günlərdə döyüş meydanlarında övladlarımızın qanının tökülməsinin heç bir tərəfin xeyrinə olmadığı isbat olunub. Bu çərçivədə Kərkük, Tuzhurmatu, və Altın Köprüdə yaşanan son hadisələri nəzərə alaraq zati-alinizdən qarşıdurma və qan tökülməsinə maneə olmaq və kürdlərlə şiələr arasındakı tarixi münasibətlərin yox olmasını önləmək üçün hərəkətə keçməyinizi istəyirik”.

Tarix
2017.10.22 / 17:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla