Yuxarı

MKİ İranı “Bin Laden səhvi” ilə hədələdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Kəşfiyyat İdarəsi bundan sonrakı dövrdə daha sərt olacaq, qaynar bölgələrdə casuslarının sayını artıracaq.

Axar.az xəbər verir ki, bunu ABŞ-ın Demokratiyanı Müdafiə Dərnəyinin təşkil etdiyi milli təhlükəsizlik konfransında çıxışı zamanı MKİ-nin rəhbəri Mayk Pompeo söyləyib.

“Əl Qaidə ilə İran arasında əlaqələr var. İranlıların Əl Qaidə ilə birgə çalışdığı zamanlar olub və bu mövzuyla əlaqədar qarşıdakı günlərdə Abbottabadda ələ keçirilən bəzi sənədləri açıqlayacağıq. Ən azından bilirik ki, Əl Qaidə və İran arasında bir-birilərini hədəf almamaq haqqında razılaşma mövcuddur. Əl Qaidə və İran Qərbi aralarındakı ideoloji fərqlilikdən daha təhlükəli görürlər. Buna görə də İdlibdəki prosesləri yaxından izləyirik. Nüsrə Cəbhəsi və digər təşkilatların İranla əlaqələrinin olduğunu öyrənməyə çalışırıq”, – deyə o bildirib.

Onun sözlərinə görə, MKİ İranla bağlı əldə etdiyi bütün məlumatları ABŞ Prezidenti Donald Trampla bölüşür:

“İranı dayandırmaq üçün bir çox vasitəmiz var. Hazırkı məqamda İranla ticarəti çətinləşdirəcəyik. Mərkəzi Kəşfiyyat İdarəsi bundan sonrakı dövrdə daha sərt olacaq, qaynar bölgələrdə casuslarının sayını artıracaq”.

Qeyd edək ki, Abbottabad Pakistan şəhəridir. Məhz bu şəhərdə Əl Qaidə terror təşkilatının lideri Üsamə Bin Laden 2011-ci ildə məhv edilmişdi. O zaman xüsusi əməliyyat keçirən ABŞ buradan xeyli sənəd əldə etmişdi. Pompeo bu ilin 11 sentyabrında da buradan ələ keçirilən sənədləri açıqlayacağını söyləmişdi.

Tarix
2017.10.23 / 15:36
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

Baş Prokurorluq Petrosyana cinayət işi aça bilər?

Bakı dəvət edildi, İrəvan yox - Açıqlama

Ceyhun Bayramov Qambiyaya getdi

Orban Putinin andiçməsinə gələrsə… - Arkov

Geqamyan: Bakı buna nail oldu: indi qalib önündə təkik - Video

İlham Əliyev Andjey Dudaya məktub ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla