Yuxarı

Texasda kütləvi qətlin motivi...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər veriyimiz kimi, bazar günü Texas ştatındakı yerli kilsədə insanlara atəş açılması nəticəsində cinayətkar özü də daxil olmaqla 27 nəfər ölüb. 20-dən çox adam yaralanıb, onlardan bəzilərinin vəziyyəti ağırdır.

Axar.az xəbər verir ki, əynində zirehli jilet və qara rəngli geyim olan cinayətkar Texas ştatının San-Antonio şəhərindən təxminən 65 kilometr şərqdə yerləşən Sazerlend-Sprinqs adlı kiçik yaşayış məntəqəsindəki Birinci baptist kilsəsinə gələn dindarlara avtomatik tüfəngdən atəş açıb.

Şahidlərin sözlərinə görə, dindarlar ibadət edərkən kilsəyə soxulan cinayətkar oradakı insanlara 20 dəfə atəş açıb. Hüquq mühafizə orqanlarının nümayəndələrinin sözlərinə görə, ölənlərin ən kiçiyinin 5, ən böyüyünün 72 yaşı olub.

Yerli KİV-lərdə verilən məlumata görə, cinayətkar hadisə yerindən qaçıb gizlənməzdən əvvəl yerli sakinlərdən biri ona atəş açmağa macal tapıb. Sonradan cinayətkarın meyiti onun öz maşınında tapılıb. Başqa fərziyyəyə görə, polis cinayətkarı qovub çatıb və onu zərərsizləşdirib. Cinayətkarın yerli sakin tərəfindən və ya polis tərəfindən açılan atəş nəticəsində ölməsi, yoxsa özünü güllələməsi məlum deyil. Hadisə ilə əlaqədar keçirilən mətbuat konfransında Texas qubernatoru Qreq Ebbott deyib ki, bu hadisə ştatın tarixində ən böyük kütləvi qətldir.

Cinayətkarın şəxsiyyəti elan edilmədiyinə baxmayaraq, hüquq mühafizə orqanlarının bəzi əməkdaşları qeyri-rəsmi şəkildə təsdiq ediblər ki, atəş açan şəxs Devin Kelli adlı 26 yaşlı ağdərili kişi olub.

Asiya ölkələrində 12 günlük rəsmi səfərdə olan Prezident Donald Tramp deyib ki, xaricdə olsa da, vəziyyəti izləyir.

Tramp özünün Twitter səhifəsində yazıb: “Tanrı Texas ştatının Sazerlend-Sprinqs şəhərinin sakinlərinə kömək olsun. FTB-nin və hüquq mühafizə orqanlarının nümayəndələri hadisə yerindədirlər”.

Xatırladaq ki, bir neçə həftə bundan əvvəl bir nəfər snayper Las-Veqasda konsertə gələnlərə atəş açıb, nəticədə 58 nəfər həlak olub.

Tarix
2017.11.06 / 20:03
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

Baş Prokurorluq Petrosyana cinayət işi aça bilər?

Bakı dəvət edildi, İrəvan yox - Açıqlama

Ceyhun Bayramov Qambiyaya getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla