Yuxarı

ABŞ azərbaycanlıdan Türkiyəyə qarşı dəyənək hazırlayır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rza Zərrab davası Türkiyəyə qarşı dəyənək kimi istifadə ediləcək.

Axar.az xəbər verir ki, bunu “Sözcü” qəzetinə açıqlamasında Türkiyənin Cümhuriyyət Xalq Partiyasının sədr müavini Ərdal Aksüngər söyləyib.

“Zərrab itməyib. O, sadəcə olaraq, ABŞ hökumətinə etiraf edərək, şahidlərin qorunması proqramı çərçivəsində müdafiə altına alına bilər. Vəkillərinin Zərrab ilə görüşməməsi və harada olduğunu bilməmələri mümkün deyil. Əgər vəkilləri ilə Zərrab görüşmürsə, o zaman bunu biznesmenin özü istəmir. 27 noyabrda başlayacaq məhkəmə prosesində biz Zərrabı şahid olaraq görə bilərik. Mətbuatda onun ABŞ hökuməti ilə razılaşdığı kimi bir görüntü yaradılır. Bunun həqiqət olma ehtimalı isə 90%-dir. 2 ildir davam edən davada Rzaya göstərilən diqqət “Xalq Bank” və Hakan Atillaya göstərilmir. Burada Türkiyəni məhkum etmək istəyirlər. FETÖ bu davadan manipulyasiya kimi istifadə edir. Bu dava Türkiyəyə qarşı dəyənək kimi istifadə edilə bilər”, – deyə o bildirib.

Qeyd edək ki, əslən azərbaycanlı olan iş adamı Rza Zərrab keçən ilin martında ABŞ-ın Mayami şəhərində həbs olunub. O, bank fırıldaqçılığı, çirkli pulların yuyulması, İrana qarşı embarqonu dəlmək ittihamı ilə həbs olunub. Məhkəmə onun 75 il müddətinə həbs edilməsini istəmişdi.

Bundan öncə Türkiyə mətbuatı Zərraba qarşı ABŞ həbsxanasında sui-qəsd olduğunu bildirmişdi. Vəkilləri isə Zərrabla görüşə bilmədiklərini iddia etmişdilər.

Türkiyə Z.Zərrabla bağlı ABŞ-a iki nota təqdim edib.

Tarix
2017.11.18 / 11:43
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

Baş Prokurorluq Petrosyana cinayət işi aça bilər?

Bakı dəvət edildi, İrəvan yox - Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla