Yuxarı

Kreml Dağıstana daha bir rus nazir təyin etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağıstan Daxili İşlər naziri Əbdürrəşid Maqomedov istefaya göndərilib.

Axar.az xəbər verir ki, Rusiya mediası Maqomedovu bu vəzifədə onun müavini Sergey Karpovun əvəz etdiyini bildirib.

Maqomedov istefaya göndərilməzdən öncə 1 ay ərzində məzuniyyətdə olub. Onun vəzifəsini bu dövr ərzində müvəqqəti olaraq Karpov idarə edib.

Qeyd edək ki, Maqomedov altı il ərzində Dağıstan daxili işlər naziri kimi işləyib.

Sergey Karpov isə keçən ilin oktyabrında Dağıstan daxili işlər nazirinin müavini olub. Bir müddət öncə Rusiya Prezidenti Vladimir Putin ona general-mayor rütbəsi verib.

Karpov Dağıstana göndərilməzdən öncə Moskvada Ekstrimizmlə Mübarizə Mərkəzinin rəhbəri kimi çalışıb.

Bu, Dağıstanda mühüm vəzifəyə gətirilmiş ikinci rusdur. Bundan öncə Dağıstan rəhbəri vəzifəsinə Vladimir Vasiliyev təyin edilib. Moskvanın bu addımı Dağıstanda yaranmış klanlararası mübarizəni aradan qaldırmaq üçün atdığı təxmin edilir.

Tarix
2017.11.23 / 12:21
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bu təşkilat bir adamın əlində alətə çevrilməməlidir

Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan

Əliyevi gözləyirik, Nikol isə gəlməlidir. Əgər gəlməsə…

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla