Yuxarı

Sobçak Putinin mətbuat konfransına gedəcək – Tarixdə ilk

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada 2018-ci ildə keçiriləcək prezident seçkilərində namizəd olacağını açıqlayan teleaparıcı Kseniya Sobçak ölkə başçısının dekabrın 14-də baş tutacaq illik mətbuat konfransında iştirak etmək niyyətindədir.

Axar.az xəbər verir ki, bu barədə Sobçakın seçki qərargahına yaxın mənbələr informasiya yayıb. Sobçakın konfrasda iştirak edəcəyi halda Rusiya tarixində ilk dəfə ölkə başçısının jurnalistlərlə görüşündə onun potensial rəqibi iştirak etmiş olacaq.

Məlumata görə, namizəd olacağını bir qədər əvvəl açıqlamış Vladimir Putin növbəti dəfə seçki debatlarında iştirakdan imtina edə bilər. Teleaparıcı isə məhz bu səbəbdən Putinin görüşünə getməyi qərara alıb. Sobçakın Putinə hansı sualları ünvanlayacağı hələlik müzakirə edilməyib. Belə ki, jurnalistin akkreditasiyadan keçib-keçmədiyi məlum deyil.

Qeyd edək ki, Rusiya prezidentinin illik mətbuat konfransında iştirak üçün akkreditasiya 21 noyabrda başlayıb və 1 dekabrda başa çatıb.

Tarix
2017.12.07 / 21:30
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Bakı ilə Ankaranın layihələri bu dəhlizdə böyük rol oynayır

COP29 dayanıqlı iqtisadiyyata keçidi sürətləndirəcək

Qələbənin 79-cu ildönümüdür

Azərbaycanla 120 maddəlik plan qəbul edildi - Yılmaz

PA rəsmisi Neto ilə görüşdü: Nələr müzakirə edildi?

Azərbaycanda bunu görmək ürəkaçandır - Bin Nun

Ərdoğan: Bakı ilə birgə buna imkan verməyəcəyik!

AB-nin daha bir ölkəsi Qarabağın bərpasına qoşuldu

Bakı ilə bu üstünlüklərdən istifadə etməyə çalışırıq

Qarabağda neçə türk şirkəti var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla