Yuxarı

Nyu Yorkdakı partlayışla bağlı yeni xəbər - Yeniləndi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

17:00

Nyu Yorkdakı Port-Atorit avtovağzalında partlayış baş verib.

Axar.az xəbər verir ki, bu barədə məlumatı BBC yayıb.

Xəsarət alanlar və partlayışın səbəbinə dair heç bir məlumat yoxdur.

***

Nyu York polisi Manhettendə baş verən partlayışla bağlı metronu evakuasiya edib.

Bu istiqamətdə metronun fəaliyyəti dayandırılıb.

***

Partlayış əldəqayırma partlayıcı qurğunu özünə sarımış Banqladeş vətəndaşının onu Nyu Yorkun mərkəzində, liman idarəsinin yaxınlığında vaxtından əvvəl işə saldığı üçün baş verib.

Axar.az xəbər verir ki, Bruklində yaşayan 27 yaşlı cinayətkarda 12 santimetrlik əldəqayırma bombaya birləşdirilmiş naqillər və batareya yeri aşkar edilib.

Cinayətkarın gödəkcəsinin sağ cibində yerləşən bomba səhər saat 7:40-da A, C və E qatarları üçün stansiyanın bölmələri arasında keçiddə yarımçıq işə düşüb. Polis cinayətkarı həbs edib. Bildirilib ki, cinayətkarın özü və azı bir nəfər yoldan keçən yaralanıb. Yaralı şəxs Belvyu xəstəxanasına çatdırılıb. Hüquq-mühafizə orqanlarından bildiriblər ki, banqladeşli partlayıcı qurğunu işlədiyi elektrik şirkətində hazırlayıb.

Nyu Yorkun meri Bill de Blazio hadisə barədə məlumatlandırılıb.

Tarix
2017.12.11 / 19:34
Müəllif
Ülkər Həsənova
Şərhlər
Digər xəbərlər

Bakı “Ukrayna forumu”na qatılır: Kremlin reaksiyası…

Bu fond Füzulinin Qoçəhmədli kəndini bərpa edəcək

Prezident Leonid Kalaşnikovu qəbul etdi

Azərbaycanda 5-ci nəsil qırıcı istehsalı... - Təcili

Bakı və Ankaranı cilovlamalıyıq ki... – Paşinyan

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

Paşinyan Başkənddən danışdı: Məsələni qaldırdıq...

"Qara beretlilər" sərhədimizdə “Üzük” əməliyyatı keçirir

Ermənilərin Vardanyanla bağlı şok planı...

ABŞ-ın sanksiya tətbiq etdiyi ilk Azərbaycan şirkəti...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla