Yuxarı

Ərdoğan Yaxın Şərqin ən nüfuzlu lideri, Rusiya isə... - Sorğu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Yaxın Şərqdə ən nüfuzlu ölkədir.

Axar.az xəbər verir ki, bu nəticə “Pew Research Center” şirkətinin keçirdiyi sorğudan sonra ortaya çıxıb. Sorğuya əsasən, bölgə əhalisinin 64%-i Rusiyanın nüfuzlu ölkə olduğunu bildirib. İlk üçlüyü Türkiyə (63%) və ABŞ (62%) tamamlayıb. Ondan sonrakı yerlərdə İran (53%), İsrail (46%), Səudiyyə Ərəbistanı (41%) və Misir (19%) qərarlaşıb.

Yaxın Şərqdə ən nüfuzlu dövlət başçısı isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan seçilib. Ərdoğanı İordaniyada respondentlərin 66%-i, Tunisdə 59%-i, Livanda 42%-i, İsraildə isə 15%-i nüfuzlu hesab edib. Ondan sonrakı yerlərdə Misir Prezidenti Əbdülfəttah Sisi və Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əs-Səud yer alıblar.

Sorğu iştirakçıları ən pis münasibəti İsrail Baş naziri Benyamin Netanyahu, Suriya Prezidenti Bəşər Əsəd və İran Prezidenti Həsən Ruhaniyə bəslədiklərini bildiriblər.

Qeyd edək ki, sorğuda 6204 nəfər iştirak edib. Sorğu Türkiyə, Livan, Tunis, İordaniya və İsraildə keçirilib.

Tarix
2017.12.13 / 08:30
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla