Yuxarı

ABŞ İŞİD-çilərdən Yeni Suriya Ordusu yaradır - Şok

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın Hasekə vilayətindəki qaçqın düşərgəsində ABŞ Bəşər Əsəd rejiminə qarşı xüsusi qüvvələrin hazırlanması üçün baza tikib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Rusiyanın Suriyadakı Düşmən Tərəflərin Barışdırılması Mərkəzi yayıb.

“Bu düşərgə Cisr əş-Şəddadi şəhərindən 20 kilometr məsafədə yerləşir. Beynəlxalq koalisiya buradan təxminən yarım ildir döyüşçülərin hazırlıq bazası kimi istifadə edir. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, bazada olan 750 nəfərdən 400 nəfəri İŞİD üzvüdür. Onlar oktyabrda ABŞ-ın köməkliyi ilə Rakkanı tərk edən İŞİD-çilərdir.

Amerikalı təlimçilərin rəhbərliyi ilə parçalanmış döyüşçülərdən təlim mərkəzində yeni hərbi birləşmə yaradılır. Bu birləşmənin adı isə Yeni Suriya Ordusu olacaq. ABŞ bu birləşməni gələcəkdə Suriyanın cənubuna göndərməyi və burada Əsədin döyüşçülərinə qarşı qaldırmağı planlaşdırır”, – deyə mərkəzin məlumatında bildirilib.

Tarix
2017.12.16 / 11:34
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Türkiyə bu ölkə ilə ticarəti kəsdi: milyardlardan imtina etdi

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla