Yuxarı

Çavuşoğludan bəd xəbər: Daha bir şəhid...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə ordusunun baş leytenantı Oğuz Kaan Afrin əməliyyatı çərçivəsində gedən döyüşlərdə şəhid olub.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu məlumat verib.

“Vətənimizin mənafeyi uğrunda Afrində “Zeytun budağı” əməliyyatında iştirak edən baş leytenant Oğuz Kaanı şəhid verdik. Şəhidlərimizin qanını yerdə qoymayacağıq. Terrorun kökünü kəsənə qədər mübarizəmizi davam etdirəcəyik. Millətimizin başı sağ olsun”, - Çavuşoğlu bildirib.

Qeyd edək ki, ötən gün türk ordusunun hərbçisi Musa Özalkan “Zeytun budağı” əməliyyatı çərçivəsində Kilisin Gülbaba kəndinin cənub şərqində Burseya dağında baş verən döyüşlərdə şəhid olmuşdu.

Tarix
2018.01.23 / 15:53
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Azərbaycan və Slovakiya strateji tərəfdaşlara çevrilir

Prezidentlər Birgə Bəyannamə imzaladılar

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Azərbaycan-Bolqarıstan sənədləri imzalandı

Millət vəkili sirri açdı: Gömrük buraxır, AQTA “görmür”...

Azərbaycan və Bolqarıstanın birinci xanımları görüşdü

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Əliyevlə Radev arasında təkbətək görüş başa çatdı

Sülhməramlıların son partiyası Qarabağı tərk edir - Video

Bolqarıstan prezidentinin rəsmi qarşılanma mərasimi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla