Yuxarı

İranda qəzaya uğrayan təyyarənin qalıqları tapıldımı? - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bazar günü İranda qəzaya uğrayan ATR-72 sərnişin təyyarəsinin axtarışları davam edir. Təyyarənin gövdəsinə aid hissələrin tapılması barədə ilkin məlumat təsdiqini tapmayıb.

Axar.az xəbər verir ki, aşağı temperatur və pis hava şəraiti axtarış işlərini çətinləşdirir. Xilasedicilərə ərazinin mürəkkəb landşaftına bələd olan yerli əhali arasından könüllülər də kömək edirlər. Axtarış əməliyyatlarında dron və helikopterlərdən istifadə olunur. Həmçinin rəsmi Tehranın bir sıra xarici dövlətlərə peyk çəkilişlərinin təqdim olunması üçün müraciət etdiyi bildirilir.

Xatırladaq ki, Tehran-Yasuc reysi ilə uçan təyyarədə ümumilikdə 66 nəfər olub. Təyyarə Dena dağları üzərində olarkən – təyinat məntəqəsinə cəmi 25 kilometr qalmış radarlardan itib.

İnsanların cəsədləri tapılmadığından onların qohumları ümidlərini üzməyib. Lakin ekspertlərin fikrincə, qəzadan sağ qurtarmaq şansı yoxdur.

Tarix
2018.02.19 / 21:25
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Bakı ilə Ankaranın layihələri bu dəhlizdə böyük rol oynayır

COP29 dayanıqlı iqtisadiyyata keçidi sürətləndirəcək

Qələbənin 79-cu ildönümüdür

Azərbaycanla 120 maddəlik plan qəbul edildi - Yılmaz

PA rəsmisi Neto ilə görüşdü: Nələr müzakirə edildi?

Azərbaycanda bunu görmək ürəkaçandır - Bin Nun

Ərdoğan: Bakı ilə birgə buna imkan verməyəcəyik!

AB-nin daha bir ölkəsi Qarabağın bərpasına qoşuldu

Bakı ilə bu üstünlüklərdən istifadə etməyə çalışırıq

Qarabağda neçə türk şirkəti var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla