Yuxarı

38 nobelçi yazardan Ərdoğana – Məktub

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

38 Nobel mükafatçısı fevralın 16-da ömürlük həbs cəzası verilən türkiyəli jurnalist Əhməd Altan, Məhməd Altan və Nazlı İlıcakın azadlığa buraxılması üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət ünvanlayıb.

Axar.az xəbər verir ki, yazçılar tərəfindən qələmə alınan müraciət məktubu “Qardian” qəzetində yayımlanıb. Onlar Türkiyə prezidentindən ifadə azadlığının təmin olunmasını istəyiblər:

“Yazıçı və mütəfəkkirlərin hüquqa zidd şəkildə dəyərləndirilən məhkumluqlarına diqqət çəkmək, onların azad edilməsini istəyirik.

Siz də 1998-ci ilin aprelində oxuduğunuz bir şeirə görə İstanbul bələdiyyəsindən məhrum edilmisiniz, siyasi fəaliyyətinizə qadağa qoyulub və 10 aylıq həbs olunmusunuz. Bu qərar ədalətli deyildi, hüquqa zidd və mərhəmətsiz idi. O dövrdə sizi müdafiə edən bir sıra insan hüquqları təşkilatı hazırda ölkənizdə baş verən pozuntuların qarşısında dəhşətə gəlir”.

Məktubu Svetlana Aleksandrovna Alekseyeviç, Con Maksvell Kutzee, Kazuo İşiquro, Anderson Filip Uorren, Andre Qeim, Albert Fert, Oliver Hart, Riçard Henderson, Avram Herşko, Cozef Stiqlits və digər yazıçılar imzalayıb.

Qeyd edək ki, Altan qardaşları və İlıcak 2016-cı ildə Türkiyədə baş vermiş hərbi çevriliş cəhdini əvvəlcədən bildikləri iddiası ilə mühakimə edilib. Onlar konstitusiyanı pozduqlarına görə ağırlaşdırılmış rejimdə ömürlük həbs ediliblər. Ötən gün isə terror təşkilatının təbliği və prezidenti təhqir etdiyinə görə Əhməd Altanın cəzası 5 il 11 ay artırılıb.

Tarix
2018.03.01 / 15:31
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

Baş Prokurorluq Petrosyana cinayət işi aça bilər?

Bakı dəvət edildi, İrəvan yox - Açıqlama

Ceyhun Bayramov Qambiyaya getdi

Orban Putinin andiçməsinə gələrsə… - Arkov

Geqamyan: Bakı buna nail oldu: indi qalib önündə təkik - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla