Yuxarı

Qazaxıstana 37 baş at aparmaq istədilər, lakin...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin (BFNFX) müfəttişləri Azərbaycandan Rusiya ərazisindən keçməklə Qazaxıstanın Aktobe şəhərinə 37 baş kəsimlik atın qanunsuz olaraq aparılmsının qarşısını alıblar.

Report xəbər verir ki, "Azagroinvest-11” MMC-nin nümayəndələri 2 yük maşını ilə 37 kəsimlik atı qeyri-qanuni olaraq daşıyıblar. Rusiya Federasiyasının "Yaraq-Qazmalar" beynəlxalq sərhəd-buraxılış məntəqəsində yükün dövlət baytarlıq nəzarəti altında yoxlanılması zamanı müəyyən edilib ki, heyvanların daşınması BFNFX-nin Rusiya ərazisindən tranzitə icazəsi olmadan həyata keçirilib", - deyə məlumatda bildirilir.

BFNFX-nin Dağıstan Respublikası üzrə mətbuat xidməti xatırladır ki, Federal Xidmətin göstərişi ilə hazırda Azərbaycan Respublikası ərazisindən Rusiya Federasiyasına heyvan və heyvandarlıq məhsulları idxalına və tranzitinə qadağa qoyulub.

Qeyd edilir ki, "qadağan qonşu dövlətdə mövcud epizootik vəziyyətlə əlaqədar tətbiq edilib və çatdırılması təhlükəli heyvan xəstəliklərinin patogenlərinin baş qaldırması riski ilə əlaqəli olan müəyyən mallara tətbiq edilir".

Təftiş nəticəsində atlar Azərbaycana geri qaytarılıb.

Tarix
2018.03.21 / 00:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla