Yuxarı

Gürcüstanda əməliyyat: 3 avtoritet saxlanıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan Daxili İşlər Nazirliyi aprelin 19-da Avropolla birgə ölkə ərazisində xüsusi əməliyyat keçirib.

Report xəbər verir ki, Tbilisidə və Siqnaxi rayonu ərazisində aparılan əməliyyatlar nəticəsində “kriminal aləm”in üç üzvü həbs olunub.

DİN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Departamentinin Mərkəzi Kriminal Polisinin rəisi Mamuka Çelidze bu gün keçirdiyi mətbuat konfransında deyib ki, saxlanılan şəxslərin Avropadakı “qanuni oğrular"la sıx əlaqələri olub və onlardan "kriminal aləm"də qəbul olunmuş qaydalar əsasında tapşırıqlar alıb, yeni cinayətlər törədiblər.

Hüquq mühafizə orqanlarının əməkdaşları cinayətkar dəstənin üzvü Dmitri Çrelaşvilini Maxata dağında, Qivi Beqiaşvilini Siqnaxi rayonunun Dzveli Anaqa kəndində, Kaxa Bejitaşvilini isə paytaxt Tbilisidə yaxalayıblar. Onlar Avropadakı “qanuni oğrular” Malxaz Zedelaşvili, Kaxa Şavliaşvili, Abesalom Papiaşvili və Qeorqi Xatiaşvili ilə əlaqədə olublar.

Tarix
2018.04.19 / 20:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla