Yuxarı

Trampın müharibə hazırlığı: Hücum üçün danışıqlar gedir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əsəd rejiminə qarşı Britaniya və Fransa ilə birlikdə təşkil etdiyi hava hücumları ilə İrana ilk mesajı verən ABŞ indi də Tehranla birbaşa qarşıdurmaya girmək üçün bəhanə axtarır.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.

Ağ Evdə Fransa Prezidenti Emmanuel Makronla görüşən Donald Tramın İranla nüvə sazişinin müddətini uzatmayacağı, dolayı yolla İrana qarşı sanksiyaları yenidən tətbiq edəcəyi 12 may tarixinə diqqət çəkməsi bunun əlaməti olub. Lakin Trampın İranı sazişdən imtina etməyə vadar edə bilməsi üçün Avropanın dəstəyinə ehtiyacı var. Makron Trampın təklifi ilə razılaşsa da, rəsmi Brüssel hələ də İranda rejim dəyişikliyini hədəfləyən ssenari ilə razılaşmayıb. Brüsselə təzyiq siyasətinin bir qolunu ABŞ, digərini isə Trampın əbədi müttəfiqi İsrail öz üzərinə götürüb.

İsrail mətbuatının məlumatına görə, bu sahədə Avropa Birliyində zəif həlqə olaraq qiymətləndirilən Romaya qarşı Təl-Əviv artıq təbliğat işlərinə başlayıb. İsrail Romanı razı salmaq üçün təbii qaz kartından istifadə edib. Almaniya və Fransanı razı salan İrana qarşı cəbhə AB-ni də oyuna daxil edərək müharibə ssenarisini gücləndirməyə çalışır. Diplomatik çıxışların müharibə ehtimalına çevrilməsini isə İranın müttəfiqlərə qarşı müqaviməti nə zaman dayandırması müəyyən edəcək.

Tarix
2018.04.26 / 10:37
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Azərbaycan XİN-dən Böyük Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla