Yuxarı

Netanyahu: Tramp İranın pul maşınını yox edir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nüvə anlaşması İrana nüvə sahəsində bir çox imkanlar verməklə, Tehranın daha yaxşı olacağı ehtimalına əsaslanırdı.

Axar.az xəbər verir ki, bunu “Foks Nyus” televiziyasına müsahibəsində İsrail Baş naziri Benyamin Netanyahu deyib.

“Bu anlaşma sayəsində milyardlarla dollar İrana axdı. Onlar yaxşı adam olmaq yerinə Yəmən, İraq və indi də Suriyada hücumlar təşkil edirlər. İranlılar nüvə anlaşmasından qazandıqları pullarla Yaxın Şərqi fəth etmək istəyirlər. ABŞ Prezidenti Donald Tramp ilk mərhələdə İranın pul maşınını məhv etməyi hədəfləyir.

Yaxın Şərqdə hər kəs bu qərarı dəstəkləyir. Mən sizə Avropa ölkələrindən və ya İran raketlərinin hədəfi olmayan ölkələrdən bəhs etmirəm. Mən Qüds, Ər-Riyad və Yaxın Şərqdəki digər bölgələr kimi bu raketlərin hədəfi olan ölkələrdən bəhs edirəm. Tramp böyük iş bacardı. O, İrana “artıq pul ala bilməzsən və atom bombası yarada bilməzsən” dedi.

Əgər bu anlaşma davam etsə, İran nüvə silahı əldə etmənin fərqli yollarını zəmanət altına alacaq. Hər kəs bu razılaşmanın qorunması gərəkdiyini və onun İranın atom bombası əldə etməsinə mane yaratdığını bildirir. Əslində bu razılaşma İranın atom bombası əldə etməsini zəmanət altına alırdı”, – deyə o bildirib.

Tarix
2018.05.21 / 11:15
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

ABŞ-dan yeni "dalğa": Şuşa açıqlaması və 600 min rüşvət…

İlham Əliyev və Rəisi bu iki bəndin açılışında iştirak edəcək

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla