Yuxarı

Şimali Koreya nüvə poliqonunu dağıdır - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya sabah nüvə-sınaq poliqonunun dağıdılması işlərinə start verəcək. Prosesin 3 gün davam etməsi gözlənilir.

Axar.az xəbər verir ki, poliqonun dağıdılması prosesini izləmək üçün ABŞ, Rusiya, İngiltərə və Çindən olan jurnalistlər Şimali Koreyaya yollanıb. Cənubi Koreyalı jurnalistlərinə isə Şimali Koreya viza verməyib.

CNN poliqonun dağıdılması prosesi zamanı Şimali Koreyanın nüvə potensialına dair bəzi məlumatların məhv edilmə riski olduğunu yazıb. Xəbərdə diqqət çəkən bir digər məqam isə heç bir kimyəvi silah mütəxəssisinin poliqonun sökülməsi prosesini izləmək üçün dəvət edilməməsi olub.

“Bu hadisə cinayət yerinə müstəntiq əvəzinə adi insanların göndərilməsinə bənzəyir. Şimali Koreya bütün testlərini bu ərazidə həyata keçirib. Əgər mütəxəssislərin bu tunelə girməsinə icazə verilsəydi, bu bizim üçün kəşfiyyat bayramı olardı”, - Şimali Koreya üzrə mütəxəssis Bryus Beçtol deyib.

Xatırladaq ki, ABŞ-la Şimali Koreya arasında danışıqlar çərçivəsində Pxenyan nüvə silahının yaradılması prosesindən imtina etməyə hazır olduğunu və buna görə də poliqonun dağıdılacağını açıqlamışdı.

Tarix
2018.05.23 / 11:05
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla