Yuxarı

Putin: “Avrasiya Birliyi daha çox qazaxlara lazımdır”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

X Ümumrusiya gənclərinin "Seliqer-2014" forumuna qatılan Rusiya prezidenti Vladimir Putin tələbələrin Qazaxıstanla əlaqələr barədə suallarını cavablandırıb.

Axar.az-ın "Tengrinews.kz" agentliyinə istinadən xəbərinə görə, o iki ölkə arasında münasibətləri yüksək qiymətləndirib.

Anna Sazonova adlı tələbənin Ukraynada olduğu kimi, Qazaxıstanın cənub rayonlarında da millətçilik meyllərinin meydana gəlməsi, bu tendensiyanın Nazarbayevin prezidentliyindən sonrakı dövrdə daha da arta biləcəyi barədə sualına cavabında Putin deyib ki, Qazaxıstan Rusiyanın ən yaxın strateji müttəfiqlərindəndir:

"Əvvəla, Allah şükür, Prezident Nazarbayev sağ və salamatdır, o hələ ki, harasa getmək fikrində deyil. Müdrik rəhbər kimi, o ölkəsinin gələcəyi barədə düşünür. Ola bilər, internetdə, sosial şəbəkələrdə hansısa xoşagəlməz fikirlər səslənsin, paylaşılsın. Bu da təbiidir - insanlar müxtəlifdir. Qazaxıstan Rusiyadan 10 dəfə kiçikdir, amma böyük dövlətdir. Əminəm ki, qazaxların böyük əksəriyyəti Rusiya ilə əlaqələrin qorunmasında, möhkəmlənməsində maraqlıdırlar. Müdrik rəhbər kimi, Nazarbayev heç vaxt xalqına qarşı getməyib, əksinə, onları hiss edərək, lazımı addımlar atıb. Qazaxların heç vaxt öz dövlətləri olmayıb. Bu səbəbdən də Nazarbayev unikal addım ataraq, dövlətçilik ənənələrinin təməlini qoydu, Qazaxıstanı dünya arenasında tanıtdı. İqtisadi məsələlərə gəlincə, Avrasiya Birliyi də onun ideyasıdır. Təəssüf ki, bizdə zaman-zaman bu barədə fikirlər, mülahizələr səslənmişdi. Etiraf etməliyik ki, bu baxımdan Nazarbayev daha qərarlı oldu. Digər tərəfdən, qeyd etdiyim təşkilatın yaranması daha çox qazaxlara lazımdır. Çünki onlar hiss edirlər ki, iqtisadi əlaqələrin yaranmasından həm də onlar yararlanacaqlar. Əminəm ki, iki ölkə arasında əlaqələr bundan sonra da müsbət məcrada inkişaf edəcək".

Xatırladaq ki, Rusiya dövlət başçısının Qazaxıstan, bu ölkənin prezidenti barədə müsbət fikirlər deməsinə baxmayaraq, Vladimir Jirinovski kimi odioz siyasətçilər bu ölkəyə hücum etməyin vaxtının çatdığını vurğulamağa başlayıblar.

Tarix
2014.08.30 / 11:21
Müəllif
Telman Məmmədli
Şərhlər
Digər xəbərlər

Makron bundan zəif görünə bilməzdi - Britaniya mediası

Kirantsda Azərbaycan sərhədinin keçdiyi yer - Video

Latviya parlamentinin sədri Bakıya gəldi

İslamzadənin təyinatının səbəbi: Bu proses tamamlandı

Hacıyev Sülh İnstitutunda ABŞ-la tərəfdaşlığıı müzakirə etdi

Zakir Həsənov polkovniki işdən çıxartdı

Zəngilanın yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu

Prezident və xanımı Zəngilan məscidinin açılışında

Onlar İsa Qəmbərin müavini oldu, Arif Hacılı isə...

Makron yubiley keçirir, Rusiyanı dəvət etdi - ABŞ şokda…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla