Yuxarı

Kadırov İŞİD-i ölümlə hədələdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özlərini "İslam Dövləti" adlandıran Suriyadan olan terrorçular uşaq təhdidi ilə Çeçenistan və Qafqazda müharibə aparacaqlarını deyiblər. Onlar sahibləri olan Qərb xüsusi xidmət orqanlarının öyrətdiyi dillə danışırlar.

Axar.az xəbər verir ki, bunu Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov İŞİD terrorçularının Çeçenistan və Qazqazda müharibəyə başlayacaqları ilə bağlı səsləndirdikləri bəyanata cavab olaraq deyib.

"Bu şərəfsizlərin İslama heç bir aidiyyəti yoxdur. Onlar dünya müsəlmanlarının açıq düşmənləridir. Bu sadəlövhlər Çeçenistan və Rusiyanı cəmi iki təyyarə ilə təhdid ediblər. Onlar iki min təyyarəyə otura bilərlər, lakin Rusiyaya uça bilməzlər", - Kadırov deyib.

Kadırov bildirib ki, Rusiya və onun prezidenti Putini təhdid edən kəs yerindəcə cəzalandırılacaq:

"Biz onun təyyarəyə oturmasını gözləməyəcəyik. Onlar terrorçu qardaşları Xəttab, Əbu Vahid və Qərbin göndərdikləri digərlərinin gömüldüyü yerə göndəriləcəklər. Məhz biz Rusiya qəhrəmanı Əhməd Kadırovun tapşırdığı kimi Allah və onun Peyğəmbərinin yolundayıq. Biz onları tamamilə məhv etdik, halbuki onların sayı minlərlə hesablanırdı. Mən bizim ölkəyə qarşı hiylə işlətməyə çalışanlara xatırlatmaq istəyirəm ki, Rusiyanın hər bir əmri yerinə yetirməyə, düşmənin boynunu sındırmağa layiq oğulları var".

Tarix
2014.09.03 / 17:34
Müəllif
Anar Əhmədov
Şərhlər
Digər xəbərlər

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla