Yuxarı

Partiyalar millət vəkilliyinə namizədlərini təqdim etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada oktyabrın 26-da təşkil olunacaq erkən seçkilərə hazırlanan siyasi partiyalar namizəd siyahılarını açıqlayıb.

Axar.az xəbər verir ki, Ukrayna Prezidenti Pyotr Poroşenkonun blokunda yer alan partiyalardan Ukrayna Demokratik İttifaqı Partiyasının (UDAR) lideri və Kiyev Bələdiyyə başçısı Vitali Kliçko iştirak edir.

Siyahıda UDAR partiyasından çox sayda millət vəkili, Regional İnkişaf naziri və Baş nazir köməkçisi Vladimir Qroysman, Krım tatar liderləri Refat Çubarov və Mustafa Cəmilovla birgə məşhur jurnalistlərdən Sergey Leşçenko ilə Mustafa Nayok da iştirak edəcək.

Batkivşina Partiyası

Batkivşina (Vətən) Partiyası lideri Yuliya Tymoşenko siyahının ilk pilləsində hazırda Rusiyada həbsxanada olan ukraynalı qadın pilot Nadya Savçenkonun olduğunu bildirərək özünün ikinci sıraya düşdüyünü açıqlayıb.

Timoşenko bu qərarını elan edərkən "Siyahıda bir nömrə olmayacağam. İlk sırada Ukraynanın gerçək qəhrəmanı pilot Nadya Savçenko olacaq", - deyə münasibət bildirib.

Namizəd siyahısında partiyalardan 225, təkyerlik seçki bölgələrindən 180 nəfər olmaq üzrə 405 namizədin yarışacağı açıqlanıb.

Xalq Cəbhəsi

Baş nazir Arseni Yaçenyukun liderlik etdiyi Xalq Cəbhəsinin bugünkü fövqəladə yığıncağında siyahıda yer alacaq namizədlərin adları da açıqlanıb.

Siyahıda olan ilk 10 adam arasında Baş nazir Arseni Yaçenyuk, Ukrayna Parlamentinin sədri Aleksandr Turçinov, Milli Təhlükəsizlik və Müdafiə Şurasının keçmiş baş katibi Andrey Parubiy, Daxili İşlər naziri Arsen Avakov və könüllü iki batalyonun komandirləri yer alır.

Siyahıda ayrıca olaraq Hərbi Araşdırmalar Mərkəzinin mütəxəssisi Dmitri Timçukun da iştirak edəcəyi bildirilir.

Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin liderlik etdiyi Regionlar Partiyasının Divan katibi və millət vəkili Boris Kolesnikov mətbuat mənsublarına verdiyin açıqlamada seçkilərə qatılmayacaqlarını bildirib.

Müxalif Blok

Ukraynanın müxaliflərdən ibarət 6 siyasi partiya üzvlərinin təşkil etdiyi və devrilmiş Regionlar Partiyasının da daxil olduğu Müxalif Blok namizəd siyahısının 15-16 sentyabr tarixlərində açıqlayacaqlarını qeyd edib.

Azadlıq Partiyası

Ukraynanın radikal sağçı Svoboda (Azadlıq) Partiyası da namizəd siyahısını təqdim edib.

Namizəd siyahısına partiyanın lideri Oleq Tyaqnibokdan əlavə hazırki millət vəkilləri Ruslan Koşulinski, Aleksandr Sıts, Boqdan Benyuk və Aleksey Mirqarodski daxildir.

Tarix
2014.09.15 / 12:59
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Rusiyanın miqrant şantajı: bu ölkələr də etiraza qalxacaq

Şahin Şıxlinski sərbəst buraxıldı

Azərbaycan Polisi 107 yaşında!

Rusiyadakı beynəlxalq təşkilatlara müraciət olunacaq

Moskvanın Bakıya “demarşı”: buna hazırlaşmalıyıq

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Vladimir Zelenski İlham Əliyevə başsağlığı verdi

Məhkəmədən Kartavıx və Belousovla bağlı qərar...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

Rəsmi Bakı Şvıdkoya cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla