Yuxarı

ABŞ bunu Putin-Merkel görüşündə etdi, çünki... - Rusiya

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Şimal Axını-2-yə qarşı sanksiyası bu layihə ilə bağlı aparılan danışıqlara maneə yaratmaq üçün qəsdən atılmış addımdır.

Axar.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının beynəlxalq əlaqələr komitəsinin sədr müavini Aleksey Çepa deyib. Çepa bildirib ki, bu hadisə Prezident Vladimir Putinlə kansler Angela Merkel arasında Berlində aparılan danışıqlarla eyni vaxta təsadüf edib:

“Bu da ona görə edilib ki, Şimal Axını-2 ilə bağlı danışıqlar prosesi çətinləşdirilsin”.

Çepanın sözlərinə görə, bu layihə Rusiya, Almaniya və digər ölkələr üçün sərfəlidir, amma ABŞ üçün yox.

Qeyd edək ki, dünən “Uol Strit Jurnal” qəzeti Şimal Axını-2 layihəsinin ABŞ-ın yeni sanksiyalar paketinə daxil edilmə mərhələsində olduğunu yazmışdı.

Tarix
2018.08.19 / 15:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Makron bundan zəif görünə bilməzdi - Britaniya mediası

Kirantsda Azərbaycan sərhədinin keçdiyi yer - Video

Latviya parlamentinin sədri Bakıya gəldi

İslamzadənin təyinatının səbəbi: Bu proses tamamlandı

Hacıyev Sülh İnstitutunda ABŞ-la tərəfdaşlığıı müzakirə etdi

Zakir Həsənov polkovniki işdən çıxartdı

Zəngilanın yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu

Prezident və xanımı Zəngilan məscidinin açılışında

Onlar İsa Qəmbərin müavini oldu, Arif Hacılı isə...

Makron yubiley keçirir, Rusiyanı dəvət etdi - ABŞ şokda…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla