Yuxarı

Tükürpədən İŞİD qaydaları: Mosullu ana danışır - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mosulda heç bir sahədə azadlıq yoxdur. Bir qadın yanında əri, atası və ya qardaşı olmadan çölə çıxa bilməz. Onlara İŞİD desəniz, dilinizi kəsəcəklər. Mütləq "İslam Dövləti" demək lazımdır". Yeni qaydalara görə, qonaq getmirsinizsə, evdən çıxmaq olmaz. Onlara hara getdiyinizi deməyə məcbursunuz. Əvvəllər polis olmuş adamları tapıb, başlarına oyunlar açırlar".

Axar.az xəbər verir ki, İraqın Mosul şəhəri iyundan bu yana İŞİD-in tabeliyindədir. BBC kanalının əməkdaşları şəhərdən reportaj hazırlayıblar. Bir mosullu ana şəhərdəki həyatı və 8 yaşındakı oğlu üçün qayğılarını BBC-yə danışıb.

Mosulda yeni tədris ilində İŞİD-in hazırladığı dərs proqramlarından istifadə edilir.

"Bir oğlum var. Məktəbə göndərirəm. Üçüncü sinifdə oxuyur. Amma əslində oğlumu evdən çölə çıxarmaq istəməzdim. Oğluma görə çox qorxuram. Burada qorxulu şeylər baş verir və uşaqlar bütün olanları görürlər. Oğlumun küçələrdə qorxulu şeylər görməsini istəmirəm.

Məktəbdəki təhsil proqramı, uşaqların oxuduqları mövzular tamamilə dəyişib. Fizika, riyaziyyat, musiqi və idman dərsləri proqramdan çıxarılıb. İndi yalnız Quran kursları keçirlər. Oğluma təsir edəcəklər deyə çox qorxuram.

Oğlumun məktəbə getməsini istəməməyimin başqa səbəbi də var. Atasını İŞİD döyüşçüləri öldürdü. Oğlum davamlı olaraq "atamı öldürən bu adamlardır" deyir. Küçəyə çıxıb belə şeylər söyləməsini istəmirəm. Çünki bu insanların mərhəmət hissi yoxdur. Oğluma qorxunc şeylər edə bilərlər.

Burada gələcək yoxdur. Gələcək bitdi".

Tarix
2014.09.30 / 16:02
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Makron bundan zəif görünə bilməzdi - Britaniya mediası

Kirantsda Azərbaycan sərhədinin keçdiyi yer - Video

Latviya parlamentinin sədri Bakıya gəldi

İslamzadənin təyinatının səbəbi: Bu proses tamamlandı

Hacıyev Sülh İnstitutunda ABŞ-la tərəfdaşlığıı müzakirə etdi

Zakir Həsənov polkovniki işdən çıxartdı

Zəngilanın yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu

Prezident və xanımı Zəngilan məscidinin açılışında

Onlar İsa Qəmbərin müavini oldu, Arif Hacılı isə...

Makron yubiley keçirir, Rusiyanı dəvət etdi - ABŞ şokda…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla