Yuxarı

Etimad İsmayılov burada qətlə yetirildi - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

23:40

Türkiyənin İstanbul şəhərində azərbaycanlı iş adamı Etimad İsmayılov güllələnib.

Axar.az Türkiyə mediasına istinadla xəbər verir ki, E.İsmayılova Floryadakı ofisində basqın edilib və başından 2, ürəyindən isə 1 güllə vurulub.

İş adamı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Qətli törətməkdə şübhəli bilinən Gözəl Dəmirov adlı şəxsin yaxalanması üçün polis axtarışlara başlayıb.

Qeyd edək ki, Etimad İsmayılov Ədalət Partiyasının sədri İlyas Ismayılovun oğlu, tanınmış aparıcı Sevil Nuriyevanın əridir. Etimad İsmayılov uzun illər Rusiyada bizneslə məşğul olub və maliyyə məsələlərinə görə Çelyabinskdə həbsdə yatıb. 3 illik həbs həyatından sonra azadlığa çıxan E.İsmayılov bir müddət Azərbaycanda yaşamış, daha sonra İstanbula köçmüş və orada biznesini yaratmışdı.

E.İsmayılov azadlığa çıxandan sonra Sevil Nuriyeva ilə ailə həyatı qurmuşdu. 5 yaşında bir oğlu var. O, qalmaqallı həbsi ilə bağlı bütün ittihamları rədd edirdi və bunun sifariş olduğunu bildirirdi.

Gözəl Dəmirov isə 90-cı illərin əvvəllərində DİN-də idarə rəisi olub, Bakı Soyuducular Zavodunun direktorunun qardaşıdır, istefada olan polkovnikdir.

Onun da Türkiyədə böyük biznesi olduğu deyilir. Dəmirovun “Fənərbaxça” klubunun prezidenti Əziz Yıldırımla biznes əlaqələrinin olduğu iddia edilir.

***

“Haber Türk” Gözəl Dəmirovun hazırda hər yerdə axtarıldığını yazıb. Bildirilir ki, G.Dəmirov Azərbaycanda vaxtilə baş verən bir insidentdən dolayı Türkiyəyə qaçıbmış.

Gözəl Dəmirovun Etimad İsmayılovu aralarındakı pul mübahisəsinə görə öldürdüyü iddiaları araşdırılır.

***

Axar.az-ın İstanbuldakı mənbələrdən əldə etdiyi məlumata görə, Gözəl Dəmirov ciddi maddi sıxıntı yaşayırmış və bu arada azərbaycanlı iş adamlarından bir neçəsinə pul yardımı üçün müraciət edibmiş. E.İsmayılovu istəyini geri çevirdiyi üçün qətlə yetirdiyi bildirilir.

Tarix
2018.09.20 / 01:11
Müəllif
Kamran Ədalət
Oxunub
19 772
Şərhlər
Digər xəbərlər

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla