Yuxarı

İnanılmaz: Bu kitabı oxuyan milyon yarım qazanacaq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İnanılmaz: Bu kitabı oxuyan milyon yarım qazanacaq

500 min dollar mükafat vəd edən "Oyunun sonu" ("Endgame") romanı sabah Türkiyədə satışa çıxarılır.

Axar.az xəbr verir ki, Amerika yazıçısı Ceyms Freinin üç cildlik romanı "Oyunun sonu" 38 ölkədə eyni vaxta yayımlanacaq.

Ceyms Freini dünya çapında bir ilkə imza ataraq oxuculara tapmaca həll etməklə 500 min dollar dəyərində qızıl qazanmaq şansı yaradıb.

Romanda dünyanın sonunu gətirəcək fəlakətlərin başlanması, 12 qədim sivilizasiyanın nümayəndəsi olan 12 xüsusi gəncin dünyanın qurtuluşu olan 3 açarı axtarmaq üçün mübarizəsindən bəhs olunur.

Romanın səhifələrində gizli məlumatları tapan və şifrələri həll edən oxucular dünyanın istənilən yerində saxlanan açarı taparaq Las-Veqasdakı bir oteldə içində 500 min dollar dəyərində qızıl olan seyfi açmaq şansına sahib olacaq. Oxucuların ikinci kitabda 1 milyon dollar, üçüncü kitabda 1,5 milyon dollar, bütövlükdə isə 3 milyon dollar dəyərində qızıl qazanmaq imkanı olacaq.

Ceyms Frei açıqlamasında layihənin roman və hekayə ilə yanaşı, kompüter oyunları, kino filmi, sosial şəbəkələr və e-kitapları əhatə edəcəyini deyib.

Kitabda kino, kompüter oyunu, sosial şəbəkələr, bir sıra hekayə və saysız-hesabsız interaktiv tətbiqetmələri əhatə edir. Romanın bu günə qədər ən geniş əhatəli kitab olduğu bildirilir.

Tarix
2014.10.06 / 18:00
Müəllif
Gülər Nəsibova
Digər xəbərlər

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla