Yuxarı

“İŞİD real dövlətə çevrilmək planlarına malikdir”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
“İŞİD real dövlətə çevrilmək planlarına malikdir”

"Heç kəs rəsmi Ankaranı qınaya bilməz".

Axar.az xəbər verir ki, bu açıqlama ilə millət vəkili Zahid Oruc öz Feysbuk səhifəsində çıxış edib. O, türk kəşfiyyatını Qərb xəfiyyələrindən daha az peşəkar olmaqda günahlandırmağın doğru olmadığını bildirib:

"49 diplomatın girovluqdan azad olunmasını Türkiyəyə bağışlamadılar. Cəmi 4-5 jurnalistin muzdlu ordu əlinə keçməsi ilə Amerikanın və Britaniyanın əleyhinə düzənlənən açıq başkəsmə əməliyyatından fərqli olaraq, rəsmi Ankara bütün resurslarını işə salıb vətəndaşlarını terrorçuların əlindən almağı bacardı. Onları nəyin müqabilində azad etdilər - bu artıq ikinci məsələdir. Lakin buna görə heç kəs rəsmi Ankaranı qınaya bilməz. Yaxud Qərbin kəşfiyyat qüvvələrini türk istihbaratından daha az peşəkarlıqda ittiham eləmək də yanlışdır. Şübhə yoxdur ki, bütün Qərb xəfiyyəsi ötən illər ərzində himayə etdiyi terror şəbəkələrin əli ilə digər qrupların başçılarına çıxış kanallarını əldə saxlayırlar. Lakin hazırkı terror ideologiyasının bir ayrı fəlsəfəsi var. İŞİD həqiqətən real dövlətə çevrilməyin planlarına malikdir. Onlar hüquq-mühafizə sistemi, şəriət məhkəməsi və güc orqanlarına qədər geniş bir planda gələcək yeni bir İraqın xəritəsi ilə hərəkət edirlər. Bu isə Yaxın Şərqdə uzun illər qeyri-sabitliyin baiskarı olmuş qüvvələrə qarşı barışmaz olmağı hər kəsdən tələb edir".

Tarix
2014.10.11 / 00:38
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla