Yuxarı

Bu ölkə məktəblərdə baş örtüyünü qadağan edir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstriyada koalisiyalı hökuməti təşkil edən Avstriya Xalq (ÖVP) və Avstriya Azadlıq (FPÖ) partiyaları ibtidai məktəblərdə baş örtüyünü qadağan etmək niyyətindədir. Bu məqsədlə yaxın günlərdə ölkə parlamentində müvafiq təşəbbüs ərizəsi təqdim ediləcək.

Axar.az xəbər verir ki, Avstriya Azadlıq Partiyasının rəhbəri, ölkənin vitse-kansleri Haynts-Kristian Ştraxe “Österreich” qəzetinə müsahibəsində bu qadağanın, ilk növbədə, azyaşlı qızların müdafiəsinə xidmət edəcəyini bildirib. O, uşaq bağçalarında müvafiq qadağanın qəbulundan sonra növbəti addım kimi ibtidai məktəblərdə bu məqsədə nail olunmasına çalışdıqlarını bildirib. Vitse-kansler parlamentdəki digər partiyaları bu təşəbbüsü dəstəkləmə çağırıb. Onun sözlərinə görə, 10 yaşadək qızları əhatə edəcək qadağa gələcəkdə daha yuxarı yaş qruplarına da tətbiq oluna bilər.

Məktəb təhsili haqqında qanuna dəyişikliyi nəzərdə tutan təşəbbüs parlamentdə üçdə iki səs çoxluğu ilə qəbul olunmalıdır. Ona görə müxalifət partiyalarının da bu təşəbbüsü dəstəkləməsi lazım olacaq.

Müxalifəti təmsil edən Avstriya Sosial-Demokratlar Partiyasının (SPÖ) tədris üzrə sözçüsü Sonya Hammerşmid bununla bağlı bildirib ki, miqrant uşaqlarının cəmiyyətə daha yaxşı inteqrasiyası üçün hökumət geniş paket hazırlamalıdır. Yalnız baş örtüyünün qadağan edilməsi hansısa problemin həlli deyil və sırf populist xarakterli addımdır.

Tarix
2018.11.18 / 21:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Makron bundan zəif görünə bilməzdi - Britaniya mediası

Kirantsda Azərbaycan sərhədinin keçdiyi yer - Video

Latviya parlamentinin sədri Bakıya gəldi

İslamzadənin təyinatının səbəbi: Bu proses tamamlandı

Hacıyev Sülh İnstitutunda ABŞ-la tərəfdaşlığıı müzakirə etdi

Zakir Həsənov polkovniki işdən çıxartdı

Zəngilanın yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu

Prezident və xanımı Zəngilan məscidinin açılışında

Onlar İsa Qəmbərin müavini oldu, Arif Hacılı isə...

Makron yubiley keçirir, Rusiyanı dəvət etdi - ABŞ şokda…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla