Yuxarı

Lukaşenkodan Kremlə: Buna imkan verməyəcəyəm!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlətin suverenliyi müqəddəsdir və mən bunun itirilməsinə imkan verməyəcəyəm.

Axar.az xəbər verir ki, bunu rusiyalı jurnalistlərlə görüşündə Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Mən hər zaman suverenliyin itirilməsi təhdidini hiss edirəm. Prezidentin işində əsas məsələ ölkənin suverenliyinin təmin edilməsidir. Hazırda dünyada tam müstəqil dövlətlər yoxdur, amma suveren dövlətlər hələ də var. Sizin Jirinovskinin təklif etdiyi kimi bizi vilayətlərə bölüb, Rusiyaya birləşdirmək istəyirlərsə, bu heç vaxt mümkün olmayacaq. Əgər Rusiya rəhbərliyi belə kateqoriyalarla fikirləşirsə, bu, Rusiyanın ziyanınadır”, – deyə o bildirib.

Lukaşenko Rusiya neft sənayesindəki vergi manevri məsələsinə də toxunub və bunun Belarusun müstəqilliyinə təhdid olduğunu deyib. Onun sözlərinə görə, Rusiya hazırda Belarusu tərkibinə qəbul etmək gücündə deyil:

“Rusiya Belarusu vilayətlərlə və ya ümumilikdə tərkibinə qəbul etməyə hazırdımı? Siz nəticələr barədə düşünün. Siz buna hazırsınızmı? Buna sizin və bizim ölkədə, eləcə də dünyada necə baxılacaq? Bəlkə də nə zamansa biz buna da gəlib çıxacağıq, amma buna heç bir problem yaratmadan getmək lazımdır. Əks təqdirdə bizə deyəcəklər ki, siz neftə görə ölkəni satdınız”.

Tarix
2018.12.15 / 09:53
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla