Yuxarı

“Altı yeni dövlət yarana bilər”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İraq və Suriyanın parçalanacağı təqdirdə altıya yaxın dövlətin, o cümlədən Kürdüstanın yaradılma ehtimalı olduqca yüksəkdir".

Bu sözləri Axar.az–a Təhlükəsiz Enerji Tədqiqat Mərkəzinin rəhbəri Ceyhun Mahmudlu hazırda kürd peşmərgələrinin Türkiyə ərazisindən keçərək Kobanidə İŞİD-ə qarşı ordu yeritməsi ilə bağlı açıqlama verərkən deyib.

Politoloqun sözlərinə görə, Kürdüstan dövlətinin qurulmasında 2-ci addım reallaşa bilər:

"Bərzani Şimali İraqda dəfələrlə çalışmışdı ki, Amerikanın vasitəsilə və peşmərgələrin Türkiyədən keçərək Kobaniyə hərəkət etməsini təmin etsin. Ancaq bu indiyədək mümkün olmamışdı. İndi isə peşmərgələr artıq Kobaniyə tərəf getməyə başlayıb. İŞİD-ə qarşı koalisiya yaradılsa da, ordu olaraq indiyədək heç bir ölkə birbaşa qoşun yeritməyib. Kürdlərin öz etnik qruplarına yardımı isə başadüşüləndir. O ki qaldı bu ərazidə müstəqil Kürdüstanın qurulmasına, bu ehtimal olduqca böyükdür. Bu məsələdə qərar verən tərəf Kürdüstan olmayacaq. Necə ki, əsrin əvvəllərində İraq və Suriyanın yaradılmasına böyük dövlətlər qərar vermişdi. İndi də elə olacaq. Suriya və İraqın parçalanması yeni dövlətlərin yaradılmasını və birmənalı şəkildə sözügedən ərazidə kürd dövlətinin meydana gəlməsini sürətləndirəcək. Söhbət bölgədəki real aktyorlardan gedir. Bunlar isə etnik qruplara və dini məzhəblərə ayrılan qruplardır. Birmənali şəkildə İraq və Suriya arasında böyük Kürdüstan dövlətinin yaranma ehtimalı olduqca yüksəkdir. İraq və Suriya parçalanarsa, bu ərazilərdə hətta 6-ya yaxın dövlətin yaradılması ehtimalı var. Eyni zamanda Kürdüstan dövləti də".

Tarix
2014.10.30 / 22:19
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Makron bundan zəif görünə bilməzdi - Britaniya mediası

Kirantsda Azərbaycan sərhədinin keçdiyi yer - Video

Latviya parlamentinin sədri Bakıya gəldi

İslamzadənin təyinatının səbəbi: Bu proses tamamlandı

Hacıyev Sülh İnstitutunda ABŞ-la tərəfdaşlığıı müzakirə etdi

Zakir Həsənov polkovniki işdən çıxartdı

Zəngilanın yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu

Prezident və xanımı Zəngilan məscidinin açılışında

Onlar İsa Qəmbərin müavini oldu, Arif Hacılı isə...

Makron yubiley keçirir, Rusiyanı dəvət etdi - ABŞ şokda…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla