Yuxarı

“Sülh əvəzinə ərazi” müzakirə edilmirsə, bəs, nə danışılır?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paşinyanın “bizim siyasətimiz köhnə hakimiyyətin siyasətindən fərqlənir” açıqlaması ən yaxşı halda illuziyadan başqa bir şey deyil.

Bu sözləri Axar.az-a Ermənistanın Baş naziri Nikol Paşinyanın açıqlamasını şərh edən politoloq Tofiq Abbasov deyib. Politoloq Ermənistanda siyasi vəziyyətin hələ də dəyişmədiyini deyib:

“Paşinyan Ermənistan cəmiyyətinin marağını verdiyi vədlərdən və gəlişigözəl ibarələrdən başqa heç nə ilə cəlb edə bilmir. Onun antiböhran proqramının işlənib hazırlanması üçün Ermənistana külli miqdarda vəsait axınını təşkil etmək planı tamamilə fiaskoya uğrayıb. Həmin imkanlar hipotetik şəkildə mövcud idi, ancaq Paşinyanın axsaq, zəif diplomatiyası buna imkan vermədi. Məhz bu fakt sübut edir ki, Paşinyanın “bizim siyasətimiz köhnə hakimiyyətin siyasətindən fərqlənir” açıqlaması ən yaxşı halda illuziyadan başqa bir şey deyil. Bu baxımdan da Paşinyanı hətta illuziya alverçisi də adlandırmaq olar. Çünki o, real müstəvidə hərəkət sahəsində olduqca qabiliyyətsizdir. Ona görə də Nikol indi sözdə nəticəsiz fəaliyyətini kompensasiya edib, insanlarda müsbət təəssürat oyatmağa çalışır”.

Politoloq bildirib ki, Ermənistan hakimiyyəti heç bir halda yeni siyasi xətt yürüdə bilməz:

“Düzdür, Paşinyanın korrupsiyaya qurşanmış məmurların taladığı vəsaitləri dövlət büdcəsinə qaytarması cəmiyyətdə müsbət reaksiya doğurdu. Ancaq sosial bazanın təminatsızlığı elə həmin korrupsiyanın geniş vüsət almasının məntiqi nəticəsi idi. Fikir verirsinizsə, erməni mətbuatı artıq hakimiyyətə gəlmiş yeni məmurların piar kampaniyalarının dövlət vəsaitləri hesabına aparılmasına diqqət çəkir. Ona görə də Paşinyanın böyük islahatpərəst və innovasiyalar üzərində qurulmuş yanaşmalarının ölkəyə hər hansı yüngüllük və xeyir gətirməsi həqiqətə uyğun deyil”.

Paşinyanın “sülh əvəzinə ərazilər” tezisinin müzakirə edilməməsi ilə bağlı fikirlərinə gəlincə, politoloq Nikolun burada yenə qətiyyətsizlik nümayiş etdirdiyini düşünür:

“Paşinyan müzakirələri ört-basdır etməyə çalışır. Davos görüşü qeyri-rəsmi, forum çərçivəsində keçirilmiş bir raund olsa da, danışıqların getdiyinə dair faktdır. Bu isə Azərbaycan liderinə tam haqq verir ki, tərəf-müqabilindən İrəvanın vəd etdiyi yeni yanaşmanın nədən ibarət olduğunu soruşsun. Aydın məsələdir ki, Ermənistanın ümumiyyətlə yanaşması yoxdur. Bir şey dəqiqdir ki, Azərbaycan Dağlıq Qarabağa öz tərkibində ən yüksək statusdan əlavə güzəştə getmək fikrində deyil”.

T.Abbasov onu da əlavə edib ki, Paşinyan əvvəlkitək köhnə oyunbazlığını işə salıb:

“O, bir tərəfdən Qarabağ separatçıları adından danışmağa səlahiyyətinin olmadığını, digər tərəfdən isə Ermənistanın Qarabağa zəmanət verdiyini bildirir. Bu paradoksal bir vəziyyətdir. Paşinyanın bədgümanlığı əvvəl-axır Ermənistanın başında çatlayacaq. Başqa bir variant ola bilməz. Çünki Paşinyan açıq-aşkar köhnə hakimiyyətin kursunu davam etdirir. Əgər o, Qarabağ məsələsində konkret mövqeyə gəlməsə, bu ağır vəziyyətin acısını ilk Ermənistan dadacaq”.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında rəsmi Bakı ilə tez-tez səslənən “sülh əvəzinə ərazilər” tezisinin müzakirə edilmədiyini və onun rəhbərlik etdiyi hökumətin Dağlıq Qarabağ siyasətini əvvəlki hakimiyyətlərin yürütdüyü siyasətlə müqayisə edənlərin yanıldığını bildirib.

Tarix
2019.01.31 / 15:40
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla