Yuxarı

Bu gün ABŞ dünyanın taleyilə bağlı qərarını verir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Əgər Federal Ehtiyat Sistemi (FES) gələn ilin ilk yarısında uçot dərəcəsini artıracaqsa, deməli, dollar bahalaşacaq (digər valyutalara nisbətən), ucuz kreditlərə çıxış məhdudlaşacaq, bu isə öz növbəsində əmtəələrin (neft, qaz, qızıl, qiymətli metallar) qiymətinin ucuzlaşmasına gətirib çıxaracaq".

Axar.az xəbər verir ki, bu açıqlama ilə iqtisadçı-ekspert Natiq Cəfərli çıxış edib. Onun sözlərinə görə, ABŞ bu gün dünyanın taleyini həll edəcək qərar verəcək:

"Bu gün ABŞ-ın Federal Ehtiyat Sistemi (FES) sədri Canet Yellen bu il üçün son iclasın qərarlarını açıqlayacaq. Bütün dünya indi o xanımın hansı sözləri deyəcəyini gözləyir. Çox güman ki, xanım Yellen ABŞ iqtisadiyyatının daha da dayanıqlı olması, işsizliyin azalması, ÜDM-in artması haqqında mesajlar verəcək. Böyük ehtimal ki, FES-in faiz dərəcəsinin artırılması haqqında gələn il addımlar atılacağına işarə edəcək. Əgər FES gələn ilin ilk yarısında uçot dərəcəsini artıracaqsa, deməli, dollar bahalaşacaq (digər valyutalara nisbətən), ucuz kreditlərə çıxış məhdudlaşacaq, bu isə öz növbəsində əmtəələrin (neft, qaz, qızıl, qiymətli metallar) qiymətinin ucuzlaşmasına gətirib çıxaracaq. FES-in qərarından sonra, çox güman ki, Britaniya, Avstraliya, Kanada, Yaponiya mərkəzi bankları da uçot dərəcəsini addım-addım artıracaq. Bu da öz növbəsində ucuz kreditlərin dövrünü bitirəcək, yəni birjalarda "balonların" şişməsinin qarşısını alacaq. Deməli, Yellen xanımın dedikləri bütün dünyaya təsir göstərəcək, çünki sözünün arxasında ABŞ-ın iqtisadi gücü dayanır. Rusiyanın yetkililəri deyir ki, rubl güclənəcək, dəstəklənəcək. Rusiyanın Mərkəzi Bankı bir gecədə uçot dərəcəsini 6,5 faiz artırır, amma heç kim inanmır, çünki bu sözlərin arxasında iqtisadi, texnoloji güc yoxdur. Məsələ əslində, bu qədər sadədir".

Tarix
2014.12.17 / 22:40
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Türkiyə bu ölkə ilə ticarəti kəsdi: milyardlardan imtina etdi

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla