Yuxarı

Tiflisdə etiraz böyüyür: Rustaveli yenə bağlandı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tiflisdə etiraz böyüyür: Rustaveli yenə bağlandı

20:36

Tiflisdə parlamentin binası önündə növbəti etiraz aksiyası başlayıb.

Axar.az xəbər verir ki, altıncı gündür keçirilən aksiyanın tələbləri elan olunub.

Aksiyaçılar Daxili İşlər naziri Georgi Qaxariyanın istefası və Tiflisdə iyunun 20 və 21-də saxlanılan etirazçıların hamısının azadlığa buraxılmasını tələb edirlər.

Müxalif “Güc birlikdədir” birliyinin liderləri də parlamentin ətrafına toplaşıb. Onlar parlamentin Vahid Milli Hərəkat Partiyasından olan deputatı Nika Melianın həbsi ilə bağlı Baş Prokurorluğun qərarına etirazlarını bildiriblər.

Əraziyə polis əməkdaşları və təcili tibbi yardım maşınları cəlb olunub.

***

Mitinq iştirakçılar növbəti dəfə Rustaveli prospektini bağlayıblar.

Bu barədə “İmedi TV” məlumat yayıb.

Mitinq təşkilatları bunu etirazçıların sayının çoxalması ilə əlaqələndirib.

***

Gürcüstanın keçmiş prezidenti Giorgi Marqvelaşvili də etiraz aksiyasına qoşulub.

O, xalqın yanında olduğunu bildirib:

“Hakimiyyət xalqın tələblərini nəzərə almalıdır”.

Tarix
2019.06.25 / 23:10
Müəllif
Mahir Ələkbərov
Digər xəbərlər

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla