Yuxarı

Misiri sarsıtmaq istəyən 36 nəfərlə bağlı - Qərar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Misiri sarsıtmaq istəyən 36 nəfərlə bağlı - Qərar

Misirin Asuan əyalətindəki məhkəmə İŞİD-lə əlaqəsi olan 36 nəfər barəsində hökm çıxarıb.

Axar.az xəbər verir ki, müttəhimlərdən 8 nəfəri ömürlük həbs cəzasına məhkum edilib. Digər 3 nəfər 15 il, digərləri 3 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası alıb.

Müttəhimlər arasında Asuan idman klubunun futbolçusu da olub. Daha 7 nəfər barəsində istintaq davam edir.

Qeyd olunub ki, onlar terrorçu qruplarla birgə dövlətin əsaslarını sarsıtmaq istiqamətində fəaliyyət göstəriblər. Bəzi terrorçular isə Sinay yarımadasının şimalında hərbi təlim keçiblər və Qalyub şəhərində polis əməkdaşını qətlə yetirməkdə təqsirli biliniblər.

İŞİD-in Misirdə əsas bazası məhz Sinay yarımadasında yerləşir. Ölkənin Silahlı Qüvvələri 2018-ci ildən bəri burada terrorçulara qarşı hərbi əməliyyatlar həyata keçirirlər. Rəsmi məlumatlara görə, həmin ərazidə son bir ildə 650 ekstremist öldürülüb və 50 əsgər həlak olub.

Tarix
2020.01.27 / 18:29
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Japarov Bakını təriflədi: Sədrlik missiyası...

Ərdoğan Bayramovla nələri müzakirə etdi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla