Yuxarı

Türkiyə böyük savaşa girdi? - KİV

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə böyük savaşa girdi? - KİV

Suriyada Əsəd rejiminin Rusiyanın dəstəyi ilə Türkiyə əsgərlərinə havadan zərbə endirməsi və nəticədə 33 türk əsgərinin şəhid olması bütün dünyada böyük rezonans doğurub.

Axar.az xəbər verir ki, dünyanın nüfuzlu media orqanları sözügedən gərginliyi belə təqdim ediblər:

“Nyu York Tayms”: Türk ordusu Suriyanın şimal-qərbində ağır itkilər verdi. Bu hücum Suriyadakı savaşın məcrasını dəyişdirə bilər.

“Qardian”: Türkiyə Suriya savaşında ən ağır gününü yaşadı. Rusiya 3 aydır ki, İdlibdə rəsmi Dəməşqə kömək edir.

“Əl Cəzirə”: Hava hücumu nəticəsində türk əsgərlərinin həyatını itirməsi gərginliyi daha da artıracaq. Yeni bir humanitar böhran yarana bilər.

“Assoşieyted Press”: Türk rəsmilər Suriyanın şimal-qərbində baş verən hücum zamanı hərbçilərinin həlak olduğunu açıqlayıb. Bu, türk ordusunun sözügedən ərazidə bir gündə yaşadığı ən böyük itkidir.

“Faynənşl Tayms”: Bu hücum Türkiyəni Suriya rejimi ilə rus müttəfiqlərinə qarşı total müharibəyə sövq etmək təhlükəsi daşıyır.

“Le Monde”: Bombardmanlar Ankara ilə Moskva arasında gərginliyi daha da artıra bilər.

Qeyd edək ki, Əsəd ordusunun ötən gecə İdlibdə hücumu nəticəsində 33 türk əsgəri şəhid olub.

Hazırda türk ordusu havadan və qurudan Əsəd ordusunun bütün bəlli hədəflərinə cavab zərbələri endirməkdə davam edir.

Tarix
2020.02.28 / 11:29
Müəllif
Aqşin
Digər xəbərlər

Berdiməhəmmədovun səfəri ilə bağlı - Videoçarx

Bu tarixədək Azərbaycanla sərhəd açıla bilər - Kostanyan

Hakan Fidan səfirimizlə görüşdü

Numan Kurtulmuş Azərbaycana gəldi

Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər Şuşada birgə nahar etdi

Prezidentlər Şuşada Bülbülün ev-muzeyində... - Foto

Maqdalena Qrono Azərbaycana gəlir

ABŞ-da azərbaycanlılarla bağlı konfrans keçiriləcək

Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanışlıq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla