Yuxarı

Kritik iclas bitdi: NATO-dan Türkiyəyə şok dəstək

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kritik iclas bitdi: NATO-dan Türkiyəyə şok dəstək

15:55

Türkiyənin ötən gecə İdlibə edilən hücum zamanı əsgərlərini itirməsi NATO müttəfiqlərini dərindən kədərləndirib. Bu kimi hücumları qınayırıq.

Axar.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Türkiyənin tələbi ilə keçirilən Alyansın fövqəladə iclasında deyib.

“Bəşər Əsədin rəhbərlik etdiyi əsgərlər bu hücumu həyata keçirdilər. Bildirirəm ki, bu kimi hücumlar dayandırılmalı, beynəlxalq qanunlara əməl olunmalı və BMT-nin dəstəklədiyi sülh prosesləri davam etdirilməlidir”, - Y.Stoltenberq bildirib.

Stoltenberq 2018-ci il atəşkəsinin davam etməli olduğunu bildirib:

"Əgər davam etməzsə, humanitar böhran daha da dərinləşəcək. NATO Türkiyənin yanındadır və Türkiyəni çox qiymətli müttəfiq olaraq görür. NATO Türkiyəyə dəstəyini bir neçə fərqli formada göstərəcək. Bunlardan biri havadan müdafiə yolu olacaq. Bu da Suriyadan gələn hava hücumlarının dayandırılmasını təmin edəcək. NATO-nun cənub-şərq sərhədini qorumağa davam edəcəyik.

NATO müttəfiqləri bu gün Türkiyəyə dəstəyini təklif edir. Hava hücumundan müdafiə sistemlərini dəyişdirməyi təklif edirik. Erkən xəbərdarlıq və nəzarət uçuşları var. Ancaq NATO müttəfiqləri Türkiyəyə dəstəyini artırmaq üçün daha çox nələr edə biləcəyini araşdırmaqdadır".

Baş katibin sözlərinə görə, NATO fərqli təminatları ilə çox güclü siyasi dəstək verməkdədir:

“Bunu toplantıda da dilə gətirdik. Bölgədəki vəziyyəti yaxından izləyirik. Türkiyə də bir müttəfiq olaraq NATO-nun digər müttəfiqlərini daim məlumatlandırır. NATO müttəfiqləri bu məsələdə BMT-nin rəhbərliyi ilə sülh yolu ilə həlli dəstəkləyir. Suriya, Rusiya və Türkiyəni buna riayət etməyə çağırırıq”.

Tarix
2020.02.28 / 17:17
Müəllif
Samir Soltanov
Digər xəbərlər

ABŞ ilk dəfə açıqladı: Bakı və İrəvan arasında dəhşətli müharibə...

Yeni sülh planı: Kiyev nə qazanır və nələr itirir?

Mehriban Əliyeva qəzanın ildönümü ilə bağlı paylaşım etdi

Bakı Moskvanın kompensasiya ödəyəcəyinə ümid edir - Səfir

Ermənistan XİN-dən “Tramp Marşrutu” ilə bağlı açıqlama

İlham Əliyevin İrana səfəri planlaşdırılır

Prezidentdən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı paylaşım

Təyyarə qəzası: Türkiyəyə Ankarada “xəbərdarlıq” edildi? - Ağar

Saşanın anası danışdı: Atası Qarabağda döyüşüb

Tufan Sadıqova qarşı ağır ittiham: Dövləti aldadıb...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla