Yuxarı

Qubadlıda 1-ci yaşayış kompleksinin inşasına başlanıldı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qubadlıda 1-ci yaşayış kompleksinin inşasına başlanıldı - Foto

Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin tikintisi sürətlə davam etdirilir.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, 3,34 hektar ərazini əhatə edən yaşayış kompleksində 21 çoxmənzilli binanın inşası nəzərdə tutulub. Kompleksdə ümumilikdə 176 ailənin məskunlaşması üçün şərait yaradılacaq.

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa-Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Növrəs Cəfərov bildirib ki, mənzillər əsasən iki və üçotaqlı olacaq. Mənzillərin sahəsi 60-95 kvadratmetr arasında dəyişəcək.

Onun sözlərinə görə, binalardan 14-ü üçmərtəbəli, 7-si isə dördmərtəbəli olacaq. Kompleksin ərazisində uşaq və oyun meydançaları, yaşıllıq zonaları, yerüstü və yeraltı avtodayanacaq, velosiped dayanacağı, həmçinin iki qeyri-yaşayış binası inşa ediləcək.

Layihə çərçivəsində yanğından mühafizə məqsədilə iki yeraltı su anbarı və nasosxananın tikintisi də nəzərdə tutulub.

Hazırda yaşayış kompleksində bünövrə işləri tamamlanıb, binaların zirzəmi və birinci mərtəbələrində tikinti işləri davam etdirilir.

Növrəs Cəfərov qeyd edib ki, Qubadlı şəhərində ikinci yaşayış kompleksinin layihələndirilməsi işləri də yekunlaşmaq üzrədir. Yaxın vaxtlarda ikinci kompleksin tikintisinə başlanılması planlaşdırılır.

Tarix
2026.09.21 / 12:38
Müəllif
Axar.az
Digər xəbərlər

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla