Yuxarı

Əl-Qaidə tarixində ilk dəfə üzr istədi – 52 ölü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əl-Qaidə Yəməndə hazırlanan hücuma görə üzr istəyib.

"Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, Əl-Qaidə terror təşkilatı Yəmənin paytaxtı Sanada dekabrın 5-də Müdafiə Nazirliyinin kampusundakı bir xəstəxananı hədəf alan qanlı hücumda baş verənləri xəta olaraq qiymətləndirib və yaşananlara görə üzr istəyib.

"Hücumdakı xətamızı qəbul edirik. Qurbanların yaxınlarından üzr istəyirik. Onların həyatını itirməsini istəməzdik, qəsdən hədəf almadıq. Bu bizim dinimizdə və əxlaq qaydalarında yoxdur. Xəstəxanada yaşananların bütün məsuliyyətini üzərimizə götürürük".

Təşkilatın tarixində ilk dəfə üzr istəməsi diqqət çəkməklə yanaşı, terror hadisəsində zərər çəkənlərə təzminat ödəyəcəyinə söz verməsi də diqqət çəkib.

Xatırladaq ki, Yəməndə dekabrın 5-də bomba yüklü vasitələrin də istifadə edildiyi terrorda 52 nəfər həyatını itirmiş, 167 nəfər yaralanmışdı.

Tarix
2013.12.23 / 19:18
Müəllif
Ülkər Cəfərova
Şərhlər
Digər xəbərlər

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

Baş Prokurorluq Petrosyana cinayət işi aça bilər?

Bakı dəvət edildi, İrəvan yox - Açıqlama

Ceyhun Bayramov Qambiyaya getdi

Orban Putinin andiçməsinə gələrsə… - Arkov

Geqamyan: Bakı buna nail oldu: indi qalib önündə təkik - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla