Yuxarı

Polis Sərkisyanı kütlənin əlindən xilas etdi - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan polisi mayın 1-də əmək haqlarının ödənilməsi ilə bağlı İrəvanın Azadlıq meydanında aksiya keçirən "Nairit" zavodunun işçilərinə qarşı güc tətbiq edib.

Axar.az xəbər verir ki, polisin insanlara qarşı güc tətbiq etməsinə prezident Serj Sərkisyanın Zəhmətkeşlər günü münasibətilə "Qrand Holdinq"in Opera və Balet Teatrında təşkil etdiyi konsert proqramında iştirak etməsi səbəb olub. Polisə aksiya iştirakçılarının Sərkisyana yaxınlaşmasına imkan verməmək əmri verilib.

Məlumata görə, "Nairit" zavodunun əməkdaşları prezidentin bayram konsertindəki iştirakını onunla görüşmək üçün xoş hadisə hesab ediblər.

Yerli vaxtla saat 12:30-da isə meydana yeni polis qüvvələri gətirilərək nümayişçilərlə opera binasının arasına düzülüb.

Güc strukturları ilə danışıqdan sonra zavodun mətbuat katibi Anuş Arutunyan nümayişçilərin çəkilməyəcəkləri təqdirdə onlara güc tətbiq olunacağını deyib.

Nümayişçilər isə əmək haqlarının ödənilməsini və polisdən bu hərəkətlərinin izahını tələb ediblər.

Polisin səyləri nəticəsində Serj Sərkisyan fəhlələrlə görüşmədən binaya daxil ola bilib.

Tarix
2015.05.02 / 11:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

Baş Prokurorluq Petrosyana cinayət işi aça bilər?

Bakı dəvət edildi, İrəvan yox - Açıqlama

Ceyhun Bayramov Qambiyaya getdi

Orban Putinin andiçməsinə gələrsə… - Arkov

Geqamyan: Bakı buna nail oldu: indi qalib önündə təkik - Video

İlham Əliyev Andjey Dudaya məktub ünvanladı

AB Azərbaycana əlavə 2 milyon ayırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla