Yuxarı

Əsgər ölümü bahasına bayrağı buraxmadı - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meksikada hərbi keçid zamanı əsgərlərdən biri ölüm qarşılığında belə bayrağı buraxmayıb.

ANS-in məlumatına görə, ölkənin Duranqo şəhərində keçirilən hərbi tədbirə nəhəng bayraq gətirilib. Bayrağı hər tərəfdən çox sayda əsgər tutub. Lakin güclü külək əsdiyi üçün hərbçilər bayrağı tuta bilməyəcəklərini anlayıb və onu buraxıblar.

Əsgərlərdən biri isə bayrağı buraxmayıb. Bu zaman o, nəhəng bayraqla birlikdə havaya qalxıb və bir müddət havada bayraqdan asılı vəziyyətdə qalıb.

Külək səngiyəndə isə bayraq yerə düşüb. Bu zaman əsgər də bayraqla birlikdə yerə çırpılıb. Xoşbəxtlikdən hərbçiyə ciddi xəsarət dəyməyib.

O, bu hadisədən yüngül xəsarətlərlə xilas ola bilib. Ölüm qarşılığında belə bayrağı buraxmayan əsgərin bu görüntüsü isə internetdə sürətlə yayılaraq böyük marağa səbəb olub.

Tarix
2015.05.05 / 14:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Makron bundan zəif görünə bilməzdi - Britaniya mediası

Kirantsda Azərbaycan sərhədinin keçdiyi yer - Video

Latviya parlamentinin sədri Bakıya gəldi

İslamzadənin təyinatının səbəbi: Bu proses tamamlandı

Hacıyev Sülh İnstitutunda ABŞ-la tərəfdaşlığıı müzakirə etdi

Zakir Həsənov polkovniki işdən çıxartdı

Zəngilanın yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu

Prezident və xanımı Zəngilan məscidinin açılışında

Onlar İsa Qəmbərin müavini oldu, Arif Hacılı isə...

Makron yubiley keçirir, Rusiyanı dəvət etdi - ABŞ şokda…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla