Yuxarı

Dəhşətli qətlə görə 4 nəfər asılacaq - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya mediası Əfqanıstanda kütlənin linç edib öldürdüyü Fərxundədən danışır. O Fərxundə ki, Türkiyədə Özgəcan cinayətinin analogiyası da sayıla bilər.

Əfqanıstanda qadın hüquqlarının vəziyyəti və dini cahillik nə qədər acınacaqlı olsa d, Fərxundəyə qarşı tükürpədici cinayətə görə Kabildə minlərlə qadın etiraz nümayişləri keçirib. Amma iş işdən keçəndən sonra…
Axar.az xəbər verir ki, Fərxundəyə sürülən ittihamlar təsdiqini tapmayanda və avam kütlə səhvini anlayanda artıq onu vəhşicəsinə qətlə yetirmişdilər. Bu günlərdə isə onun ölümündə təqsirli bilinən dörd kişi artıq ölüm hökmünə məhkum edilib. 27 yaşlı qadın Quranı yandırmaqda ittiham edilirdi. Sonradan onun bunu etmədiyi aydın olub. Gənc qadının döyülərək öldürülməsi ittihamı ilə ümumilikdə 49 nəfər məsuliyyətə cəlb olunub. Məhkəmə ölüm hökmünü 4 saatlıq dinləmə nəticəsində çıxarıb.

Bundan başqa, daha 8 nəfər 16 il müddətinə azadlıqdan məhrum edlib. 18 nəfərin təqsiri sübut olunmayıb.
Fərxundə əvvəlcə izdiham tərəfindən daşqalaq edilmiş, sonra isə onun cəsədi küçələr boyunca sürüklənmiş və yandırılmışdı. Müstəntiqlərin qənaətinə görə, səbəb qadının bir molla ilə mübahisəsi olub. Bu molla məşhur Şəhdü-Şəmşir pirinə gələn qadınlara xırdavat satmaqla məşğul imiş. Fərxundanın məhz buna görə də molla ilə mübahisə etdiyi və yalnız bundan sonra Quranı yandırmaqda şərləndiyi bildirilir.

Müttəhimlərdən bir çoxu bu yalanın təsiri altına düşdüklərini etiraf ediblər. Mollanın şərinə inananlar bu iyrənc addımı atıblar.

Gənc qadının linç edilməsi kadrlarını təqdim edirik.

Tarix
2015.05.07 / 01:39
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Azərbaycanla 120 maddəlik plan qəbul edildi - Yılmaz

PA rəsmisi Neto ilə görüşdü: Nələr müzakirə edildi?

Azərbaycanda bunu görmək ürəkaçandır - Bin Nun

Ərdoğan: Bakı ilə birgə buna imkan verməyəcəyik!

AB-nin daha bir ölkəsi Qarabağın bərpasına qoşuldu

Bakı ilə bu üstünlüklərdən istifadə etməyə çalışırıq

Qarabağda neçə türk şirkəti var?

HDQ-nin hərbi hissəsinin yaranması günü - Video

Bakı ilə sülh qısa zamanda imzalanmalıdır - Ərdoğan

ABŞ-ın İrəvandakı səfirindən Bakı ilə razılaşmaya reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla