Yuxarı

Türkiyə Suriyaya görə kimləri qarşısına alacaq? – Şərh

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Türkiyə yaxın zamanlarda Suriyanın şimalında aktiv hərbi əməliyyatlara başlamayacaq".

Bu barədə Axar.az-a açıqlamasında analitik Vüqar Zifəroğlu danışıb. O bildirib ki, Suriyanın şimalı Türkiyə üçün iki faktora görə vacibdir:

"Birincisi, PKK kürd separatçıları hər zaman Türkiyə üçün təhdid olaraq qalır. İkincisi, İŞİD Suriya və Türkiyənin sərhəd bölgələrinə xüsusilə önəm verir. Əsas məqsəd isə Türkiyə ilə müxaliflər arasındakı əlaqəni zəiflətməkdir. Bəs, Türkiyə Suriyanın şimalına qoşun yeridəcəkmi? Düzdür, ortada bəlli bir plan və əldə olmuş razılıq var. Ancaq burda iki amil çox önəmlidir. Birinci amil Türkiyənin daxili məsələsi ilə bağlıdır. Ordunun belə bir əməliyyata başlaması üçün legitim iqtidarın olması çox vacibdir. Ancaq Türkiyədə hazırda müvəqqəti hökumətdir, koalisiya danışıqları hələ davam edir. İkinci amil isə xarici faktorlarla bağlıdır. Türkiyə özü üçün "neytral zona" elan etsə də, İran, Rusiya, Qərb və ABŞ-ın bu məsələdə səssiz qalacağını güman etmək olmaz. Son iki gündür İran sərt mövqe sərgiləyir.

Hətta Türkiyə belə bir addım atsa belə, İran Türkiyə ilə açıq şəkildə üz-üzə gəlməyəcək. Çünki Türkiyə nə Livan, nə Suriya, nə də İraqdır. Ancaq Ankaranın Tehranla münasibətləri pisləşə bilər ki, bu da mövcud durumda heç birinə sərf etməz. Çünki Avropa bazarına çıxmaq istəyən İran üçün hazırda əlverişli məqam yetişib. O ki qaldı ABŞ, Qərb və Rusiyanın məsələyə münasibətinə, vəziyyətin gərginləşəcəyini istisna etmək olmaz. Suriyaya hərbi müdaxilə asan məsələ deyil. Yaxın zamanlarda Türkiyənin Suriyanın şimalında aktiv hərbi əməliyyatlara başlayacağına inanmıram".

Tarix
2015.07.02 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Makron bundan zəif görünə bilməzdi - Britaniya mediası

Kirantsda Azərbaycan sərhədinin keçdiyi yer - Video

Latviya parlamentinin sədri Bakıya gəldi

İslamzadənin təyinatının səbəbi: Bu proses tamamlandı

Hacıyev Sülh İnstitutunda ABŞ-la tərəfdaşlığıı müzakirə etdi

Zakir Həsənov polkovniki işdən çıxartdı

Zəngilanın yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu

Prezident və xanımı Zəngilan məscidinin açılışında

Onlar İsa Qəmbərin müavini oldu, Arif Hacılı isə...

Makron yubiley keçirir, Rusiyanı dəvət etdi - ABŞ şokda…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla