Yuxarı

Suriya ilə bağlı yol xəritəsi açıqlandı: Türkiyə hazırdır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Suriyanın şimalı ilə bağlı hazırladığı yol xəritəsi bəlli olub.

Axar.az bu barədə "Star" qəzetinə istinadən xəbər verir. Yol xəritəsinin 6 maddədən ibarət olduğu bildirilir:

1. Cerablus-Mare xəttində inkişaf edəcək hadisələr bundan sonra milli təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyır.

2. Əsəd rejimi artıq Azad Suriya Ordusu (ASO) və İŞİD-in tabeliyindəki Türkiyə sərhədinə dönməyəcəyini bilir. Türkiyə ASO-nun nəzarətində olan Mare başda olmaqla bütün bölgənin İŞİD-ə qarşı müdafiəsi yönündə ASO-ya hərtərəfli dəstək verilməsini qərarlaşdırıb.

3. Məsələ ABŞ-la birgə dəyərləndirilib. Hətta Amerika təyyarələri Türkiyənin verdiyi koordinatlar çərçivəsində ASO-nun işini asanlaşdırmaq üçün beş fərqli əməliyyatı tamamlayıb.

4. Türkiyə Silahlı Qüvvələrinə verilən hökumət təlimatı: İŞİD-in Suriyada hücum etdiyi bütün dost birliklərin güclü şəkildə dəstəklənməsi və bunun müntəzəm davamı, eyni zamanda, İŞİD-in irəliləməsi əngəllənəcək. Türkiyə SQ digər bütün ssenarilər üçün də planlamalarını artıq tamamlayıb.

5. Türkiyə İŞİD-in Cerablus-Mare xəttinə hücumu zamanı ASO-nun nəzarətindəki 4,5 milyon insanın sərhədə doğru irəliləməsindən narahatdır.

6. Dövlətin əlaqəli qurumları Tel-Əbyaddakı hadisələr çərçivəsində PYD ilə təmas saxlayacaq. Ankara bölgənin kürdləşdirilməsi, özəlliklə irəlidə kürd-ərəb qarşıdurmasını önləmək üçün artıq PYD-yə son xəbərdarlığını edib.

Tarix
2015.07.03 / 14:32
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bakı ilə Ankaranın layihələri bu dəhlizdə böyük rol oynayır

COP29 dayanıqlı iqtisadiyyata keçidi sürətləndirəcək

Qələbənin 79-cu ildönümüdür

Azərbaycanla 120 maddəlik plan qəbul edildi - Yılmaz

PA rəsmisi Neto ilə görüşdü: Nələr müzakirə edildi?

Azərbaycanda bunu görmək ürəkaçandır - Bin Nun

Ərdoğan: Bakı ilə birgə buna imkan verməyəcəyik!

AB-nin daha bir ölkəsi Qarabağın bərpasına qoşuldu

Bakı ilə bu üstünlüklərdən istifadə etməyə çalışırıq

Qarabağda neçə türk şirkəti var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla