Yuxarı

Rektorun ölkədən qaçması xəbərinə açıqlama verildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rektor Akif Süleymanov üç aylıq əmək məzuniyyətinə çıxıb. Avqustun 5-də onun məzuniyyəti başa çatır, ayın 6-da işə çıxmalıdır. O, başından ağır əməliyyat keçirib. Xəstəxana ona kağız verib ki, üç ay işləmək olmaz. Həmin arayışa əsasən təhsil naziri onu üç aylıq məzuniyyətə buraxıb. Rektor heç yerə qaçmayıb, Bakıda müalicə olunur".

Bunu APA-ya Azərbaycan Texnologiya Universitetinin tədris işləri üzrə prorektoru Rövşən Əliyev deyib.

R. Əliyev universitetdə neqativ hallar aşkarlandığı üçün Maliyyə Nazirliyi tərəfindən araşdırmalara başlandığını bildirib: "Mən maliyyə yoxlama komissiyasının işinə qarışmamışam. Tədris işlər üzrə prorektoram. Neqativ hallar aşkarlanmasa, iş bu dərəcə şişərdimi? Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə gedərdimi? Mən sadəcə universitetin imicinə zərbə vurmamaq üçün müəyyən açıqlamaları vermirəm".

Prorektor "Kapital bank"ın Gəncə filialında ödənişli əsaslarla təhsil alan tələbələrin adına saxta təqaüd kartların açılması məsələsinin ehtimal olduğunu qeyd edib: "Mənim adımdan yazıblar ki, guya mən demişəm bu işdə rektorla baş mühasib əlbirdir. Mən belə söz deməmişəm. Məhkəmə qərar verər, ondan sonra nəsə demək olar. Bəlkə kiminsə günahı yoxdur. Mən sadəcə demişəm ki, universitetdə maliyyə məsələlərinə görə baş verə biləcək hər hansı neqativ məsələdə birbaşa rektorla baş mühasib məsuliyyət daşıyır. Mən "əlbir olublar" ifadəsini işlətməmişəm".

Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya bildiriblər ki, müvafiq qurumların araşdırmasından sonra nazirlik rəsmi mövqeyini açıqlayacaq.

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin isə 2015-ci ilin birinci yarısında aparılmış maliyyə nəzarəti tədbirlərinin nəticələri barədə iyulun 24-də yaydığı məlumatda bildirilb ki, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən risklərin qiymətləndirilməsinin nəticələrinə əsasən tərtib olunmuş iş planına uyğun olaraq 2015-ci ilin birinci yarısında Azərbaycan Texnologiya Universitetinə dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi işləri yoxlanılıb. Azərbaycan Texnologiya Universitetində aşkar olunmuş nöqsanların ciddiliyi nəzərə alınaraq həmin nəzarət obyektləri üzrə yoxlama materialları hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Qeyd edək ki, Gəncədəki Azərbaycan Texnologiya Universitetində külli miqdarda korrupsiya halının aşkarlanması ilə bağlı məlumat yayılıb.

Məlumata görə, tələbələr iddia edirlər ki, onların adına saxta təqaüd kartları açılıb və bu işin üstü açılandan sonra rektor Akif Süleymanov ölkədən qaçıb.

Tarix
2015.07.29 / 15:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

Baş Prokurorluq Petrosyana cinayət işi aça bilər?

Bakı dəvət edildi, İrəvan yox - Açıqlama

Ceyhun Bayramov Qambiyaya getdi

Orban Putinin andiçməsinə gələrsə… - Arkov

Geqamyan: Bakı buna nail oldu: indi qalib önündə təkik - Video

İlham Əliyev Andjey Dudaya məktub ünvanladı

AB Azərbaycana əlavə 2 milyon ayırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla