Yuxarı

Axar.Az Logo carnation

Türk dünyası xəritəsinə Lavrovdan ikili cavab

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türk dünyası xəritəsinə Lavrovdan ikili cavab

Düzünü desəm soydaşlarla əlaqə saxlamaqda utancverici heç nə görmürəm. Bizim də soydaşlarımızın və həmvətənlərimizin belə bir sahəsi var. Biz də dünya xəritəsini müəyyən rənglərlə rəngləyə, ona fərqli bir ton verə bilərik. Birincisi bu, bütün postsovet məkanı ola bilər. SSRİ xalqlarını təmsil edən çoxlu sayda həmvətənimiz var - Almaniyada, digər Avropa ölkələrində, İsraildə, ABŞ-da, Latın Amerikasında, Argentinada...

Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov MHP lideri Dövlət Baxçalının Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təqdim etdiyi türk dünyasının xəritəsində Rusiya ərazisinin göstərilməsi barədə suala cavabında deyib.

“Bizim türk ortaqlarımız əvvəlcə türk ölkələrinin əməkdaşlığını, indi isə təşkilatını yaratdılar. Biz buna çox yaxşı yanaşırıq. Əgər söhbət mədəni təşkilatçılıqdan, dil birliyinə dəstəkdən, humanitar yardımdan, təhsil əməkdaşlığından gedirsə, burda pis heç nə görmürəm. Biz də gərək bu istiqamətdə, humanitar yönümlü aktiv işlər görək. Amma söhbət bəzi təsdiq olunmamış, lakin danışılan hərbi birliklərin yaradılmasından gedirsə, bu, işlərin xeyrinə olmayacaq. Bu nə Türkiyənin, nə də təşkilata üzv olan türkdilli ölkələrin xeyrinə olacaq. Prezidentlər bu barədə zəngləşəcək. Mən də sabah Stokholmda keçiriləcək ATƏT-in sammitində həmkarım Mövlud Çavuşoğlu ilə bu sualları açıq şəkildə müzakirə edəcəm”, - deyə rusiyalı diplomat bildirib.

S.Lavrov qeyd edib ki, dürüst şəkildə problemi bildirib aydınlıq gətirmək lazımdır:

“Maraq balanslarını qorumaq üçün müzakirə edib aydınlıq gətirməliyik”.

Tarix
2021.12.01 / 15:12
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Qanlı 20 Yanvardan 36 il ötür

Mehriban Əliyevadan 20 Yanvarla bağlı paylaşım

Azərbaycan Pakistana başsağlığı verdi

Heydər Əliyev də Davos forumunda iştirak edir - Foto

Əliyevlə bərabər, Paşinyan da bu mükafata layiq görüldü

İlham Əliyev ÜST-ün baş direktoru ilə görüşdü

Trampın “Yeni BMT”sinə üzvlük haqqı... - Bakı da qoşulacaq?

Nəsimi "Qurtuluş"dan getməsindən danışdı

Ceyhun Bayramov Rubio ilə telefon danışığı apardı

İlham Əliyevin aldığı mükafat kimlərə verilib?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla