Yuxarı

Ankara terrorçusunun əkizi kürdlərə əsir düşdü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ankara terrorçusunun əkizi kürdlərə əsir düşdü

Ankarada terror aktını törədənlərdən Ömər Dəniz Dündarın əkiz qardaşı Mahmud Qazi Dündar Suriyada YPG-yə (peşmərgə) əsir düşüb.

Axar.az xəbər verir ki, bu barədə "Doğan Xəbər Agentliyi" məlumat yayıb.

Məlumata görə, Mahmud Qazi 2013-cü ildə qardaşı ilə birlikdə Suriyaya gedərək İŞİD-ə qoşulub. O, bir müddət Suriyanın Türkiyə sərhəddində yerləşən Tel-Abyad şəhərində təlimlər alıb.

Bu ilin iyununda şəhəri ələ keçirən YPG Mahmud Qazini əsir götürüb. Onun həyat yoldaşı isə İŞİD-in paytaxtı Rakkaya qaça bilib. YPG rəsmiləri Mahmud Qazi Dündarın hələ də Tel-Abyad həbsxanasında olduğunu təsdiqləyiblər.

Qeyd edək ki, oktyabrın 10-da Ankarada terror aktı törədilib. İki partlayış zamanı 97 nəfər həlak olub. Kamikadzelərin Yunus Əmrə Alagöz və Ömər Dəniz Dündar olduğu müəyyənləşib.

Tarix
2015.10.15 / 17:26
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Nazir dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında

Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

İran Xəzər dənizi ilə bağlı plan hazırlayır

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

Dövlət büdcəsinin təsnifatı yeni qaydada tətbiq olunacaq

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

40 günlük hədəf: Rusiya “darmadağın” olacaq?

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

Ukrayna da Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla