Bu qurumda işçilərin sayı kəskin azaldıldı - Rəsmi
10:05
| Ana səhifə Planet |
|
Misirdə parlament seçkilərinin birinci mərhələsi keçirilir. Axar.az xəbər verir ki, seçkilər 2 gün davam edəcək.
Səsvermənin birinci turunda Misirin 27 milyondan çox vətəndaşı iştirak edəcək. Misir parlamentinin Nümayəndələr Palatasının birbaşa səsvermə yolu ilə 568 üzvü seçiləcək. Onlardan 448-i müstəqil, 120-si partiya siyahısı üzrə müəyyən ediləcək. Parlamentin səlahiyyət müddəti 5 ildir.
AzərTac xəbər yayıb ki, seçkilərin gedişini ölkədə fəaliyyət göstərən məhkəmə korpusunun təxminən 16 min qulluqçusu və çoxsaylı müşahidəçilər izləyəcəklər. Misirin minlərlə polisi səsvermə məntəqələrinin təhlükəsizliyini təmin edəcək.
|
Tarix
2015.10.18 / 19:47
|
Müəllif
Emil Salamoğlu
|